«Şərqi-Rus» və M.A.Şahtaxtlı. Maraqlıdır ki, XIX əsrin
sonu – XX əsrin əvvəllərində Azərbaycanda İslam dini və Türk
birliyinin əleyhinə çıxanlar SSRİ ədəbiyyatında ya «molla-
nəsrəddinçi»lər kimi «inqilabi-demokratizm»in, yaxud da
M.A.Şahtaxtlı kimi, xırda burjua demokratizmin nümayəndəsi
kimi qələmə verilmişdi [29, 83]. Məhəmməd Ağa Şahtaxtlı hələ,
«Şərqi-Rus» nəşr olunmamışdan illər öncə bir neçə məsələdə
Rus-Avropa-Qərb mədəniyyətinə bağlılığını büruzə vermişdir.
Onun qərbpərəstliyi-ruspərəstliyi aşağıdakı məsələlərdə öz əksini
tapmışdır:
1)
Əlifba islahatı;
2)
Azərbaycan türklərinin adının azərbaycanlı və dilinin
Azərbaycan dili adlanması;
3)
İslam dininin ruhuna zidd yazıları.
Əlifba məsələsində Axundzadənin yolunu davam etdirən
Şahtaxtlı yeni əlifba layihəsi hazırlamış və bir müddət bununla
|