www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
111
insanın qanunları və biliyi ilahi qüvvədən hazır şəkildə aldığını
öyrədir. Bu baxımdan İslam dini adından bütün fəlsəfi təlim və
mübahisələr, fikir və şüur azadlıqları ləğv edilmişdir. Eyni
zamanda, dünyanın adət və tələbləri dəyişildiyi halda, dəyişilmə-
yən İslam qanunları cəmiyyəti əzir və təbii ədalət hissini məhv
edir. Bütün bunları aradan qaldırıb Osmanlı cəmiyyətini
dinsizləşdirmək üçün, ilk növbədə islam xəlifəliyi, dövləti İslam
qanunları ilə idarə etmək ləğv edilməlidir [204, 46-48].
Bu məsələlərdə M.A.Şahtaxtlı müəyyən qədər haqlı
görünsə də, İslam dininə münasibətdə aşırı radikallıq etməsi və
birmənalı şəkildə Avropa-Qərb dəyərlərinin müsəlman-türk
ölkələrində tətbiq olunmasını iddia etməklə səhvlərə yol
vermişdi. Bizcə, M.A.Şahtaxtlı bu cür radikal qərbpərəst və
ruspərəst mövqeyini isə «Şərqi-Rus» qəzetində dərc olunan
məqalələrində daha açıq şəkildə ifadə etmişdir. Belə ki, o, bu
qəzetdə yazdığı məqalələrdə Ə.Ağaoğlu, Ə.Hüseynzadə və
Ə.Topçubaşıdan fərqli olaraq, müsəlman-türk dünyasının
problemlərdən
çıxış yolunu islamçılıq və türkçülükdə
yaranmasında deyil, ümumiyyətlə, İslam dəyərlərindən imtina
edilərək qərbləşməkdə, avropalaşmaqda, hətta ruslaşmaqda
görürdü. Onun fikrincə, çünki İslam dininə əsaslanan qanunlara
qarşı mübarizə aparmaq, islahatlar həyata keçirmək çox gecdir.
Bunun üçün istər islam, xaçpərəst, istərsə də məcusi, saibi üçün
olsun çıxış yolu, indiki avropalıların vaxtilə keçdikləri körpü ilə
keçməkdir: «Daha bu körpünü buraxıb boğula-boğula sudan
keçmənin nə ləzzəti var? Bu gün aləmi-islamiyyətin işıqlı
yerlərində Avropada vücuda gətirilən açıq, asan, faydalı kitablar,
əsərlər, alətlər gündən-günə çoxalmaqda, alimlər onlardan
istifadə etməkdədir» [204, 70].
|