MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə117/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   113   114   115   116   117   118   119   120   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

112 



112 

Beləliklə, türk-müsəlman xalqlarının mövcud problemlər-

dən xilas olması və inkişafı üçün radikal qərbçiliyi əsas prinsip 

kimi  götürən  M.A.Şahtaxtlı  bu  yolda  İslam  və  ona  əsaslanan 

«İttihadi-islam»ı əngəl kimi görür, mütərəqqi islamçılıqdan çıxış 

edənləri,  xüsusilə  Ə.Ağaoğlu,  Ə.Topçubaşı  və  başqalarını 

«panislamizm»ə,  yəni  «İslam  birliyi»nə  çalışmaqda  ittiham 

edirdi  [29,  232].  Şahtaxtlının  fikrincə,  «panislamizm»in 

mənəvi  zərəri  isə  xristian  dövlətlərini,  Avropa  mədəniyyətini 

müsəlmanlara 

düşmən 

göstərməsi, 

bu 

mədəniyyətə 



yiyələnmələrinə  əngəl  olmalarıdır  [204,  107].  Bununla  da 

Şahtaxtlı  Ə.Ağaoğlu,  Ə.M.Topçubaşı  başda  olmaqla  islamçı-

türkçü  ideoloqları  qeyri-səmimilikdə  ittiham  edir,  onları 

islamçılığın  və  türkçülüyün  qabaqcılları  kimi  görmədiyini 

qeyd edirdi [204, 105-106]. Ə.Ağaoğlu isə M.Şahtaxtlını daha 

çox  «Şərqi-Rus»  qəzetində  müasir  və  milli  ruhlu  islamçılığa 

qarşı  yönəlmiş  mülahizələrinə  görə  tənqid  etmişdi. 

Ağaoğlunun  fikrinə  görə,  «Şərqi-Rus»  bundan  xilas  olmaq 

üçün,  cəmiyyəti  Qərb  dəyərləri  ilə  tanış  etməklə  yanaşı, 

Şərqin  tarixi-fəlsəfi  cəhətdən  öyrənilməsinə,  həmvətənlərinin 

dünyaya  baxışının  və  mənəvi  həyatının  yeniləşməsinə  də  öz 

töhfələrini  verməlidir  [29,  230].  Xüsusilə,  M.A.Şahtaxtlının 

«hər  bir  şəriət  zaman  və  məkanilə  məhdudur,  heç  bir  şəriət 

tabeləri tərəfindən səmavi də hesab olunsa, əbədi və küll ola 

bilməz» fikrini tənqid edən Haşım bəy Vəzirov bütün bunları 

küfr  və  ruspərəstlik  kimi  qiymətləndirirdi  [28,  238]. 

M.T.Sidqi, F.B.Köçərli və başqa aydınlar isə bu qarşıdurmaya 

qarşı çıxaraq bunu, millətin birliyinə və inkişafına zərər hesab 

edirdilər [201, 178]. 


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin