www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
118
118
məclisinə və bir ovqat yalandan məsciddə görsənim və sonra
orada-burada səs buraxım ki, Məhəmməd Əmin Rəsulzadə
istəyir yeddi cüzini çıxardıb atsın» [106, 216]. Deməli,
C.Məmmədquluzadə bu dövrdə anlamışdır ki, millətin nicatı
onun öz əlindədir və bunu həyata keçirmək üçün millətin
həqiqi rəhbərə ehtiyacı var. Dövründə belə bir rəhbərin
Rəsulzadənin olmasına şübhə etməyən C.Məmmədquluzadə
müsəlmanları-türkləri onu ləkələməyə deyil, əksinə müdafiə
etməyə çağırmışdı.
C.Məmmədquluzadə 1917-ci ildə qələmə aldığı «Azər-
baycan» məqaləsində də açıq şəkildə Azərbaycan türkçülüyü
ideyasını müdafiə etmişdir. O artıq yazırdı ki, vətəninin adı
Azərbaycan, millətinin və dilinin adı isə türkdür [149, 4]. Bizə
elə gəlir ki, milli-demokratik ideyaya rəğbətin davamı olaraq
o, «Anamın kitabı» (1920) pyesində həmvətənlərinə milli
qürur, vətənpərvərlik hissi oyatmağa çalışmışdır. Bu əsərində
C.Məmmədquluzadə Azərbaycan türk ailəsində böyümüş üç
qardaşın Rusiya, İran və Osmanlı Türkiyəsi tərbiyəsi altında
milli köklərindən, milli adət-ənənələrindən, milli dilindən
uzaq düşməsinin, yəni ruspərəst, iranpərəst və osmanlıpərəst
olmalarının səbəblərini göstərmişdir. Maraqlıdır ki, qardaşlar
milli köklərindən uzaq düşsələr də, çar senzoru onları min il
yuxuda olan camaatı hökumət əleyhinə birləşidirb, müstəqil
Azərbaycan hökuməti əmələ gətirməkdə şübhəli bilir [146,
462]. Əsərin sonunda Gülbaharın qardaşlarının Rusiya, İran
və Osmanlıya aid kitablarını yandıraraq, «anamın kitabı» -
«milli kitabı» saxlamasında milli özünüdərkə, müstəqil və
milli Azərbaycan dövlətinin qorunmasına bir çağrış var [146,
475].
|