MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə126/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   122   123   124   125   126   127   128   129   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

121 


jurnalı  Sabirin  milli  ruhlu  üsyankarlığının  müəyyən  qədər 

«beynəlmiləl» ruha çevrilməsində pay sahibi olmuşdur. 

Bu  mənada  Sabir  «yırtıcı  heyvan»,  «xortdan»,  «cin», 

«xarici  mülkündə  də  hətta  gəzib,  çox  tühaf  insan»  görürəm 

qoruxmuram,  «harda  müsəlman  görürəm  qorxuram»    [197, 

125-126] dedikdə, İslam dinini deyil, onun adından çıxış edən 

yalançı ruhaniləri və avam müsəlmanları tənqid hədəfi götürsə 

də,  ümumilikdə  bu  mülahizə  toplumda  birmənalı  qarşılan-

mamışdır.  Çünki  bu  sözlərdə  ifrat  dərəcədə  müsəlmanları 

aşağılama  var.  Xüsusilə,  bu  aşağılamanın  ümumiləşdirmə 

(müsəlman) 

formasında 

öz 

əksini 


tapması 

çox 


düşündürücüdür.  Hər  halda,  müsəlmanın  yırtıcı  heyvanla, 

xotdanla müqayisəsi və  birincinin  sonunucudan  daha  qorxulu 

olması şüurlarda müsbət reaksiya yarada bilməzdi. 

Örnək  üçün  deyək  ki,  şairin  şeirlərində  fəhlənin  və 

əkinçinin  insanla,  müsəlmanın  yırtıcı  heyvanla,  xotdanla 

müqayisəsi  arasında  incə  bir  məqam  var.  Birinci  halda,  şair 

fəhləyə,  əkinçiyə  başa  çalmağa  çalışır  ki,  insan  olması  üçün 

onu  istismara  edənlərə  qarşı  mübarizə  aparmalıdır.  Bir  sözlə, 

insan olmaq üçün fəhləyə bir yol göstərməyə çalışır və onu da 

(«axmaq  kişi»  və  s.)  xeyli  dərəcədə  tənqid  edir  [197, 100, 

113]. Deyilə bilər ki, müsəlmanın əsil müsəlman olması üçün 

Sabir  onu  bu  şəkildə  tənqid  etmişdir.  Ancaq  burada  incə  bir 

məqam  var:  «fəhlə»,  «əkinçi»  və  «müsəlman»  fərqli 

anlayışlardır. Belə ki, fəhlə bir işçi kimi istismara məruz qalmış, 

istismarçılar  tərəfindən  haqqları  əlindən  alınmış  və  insani 

keyfiyyətlərdən  məhrum  olmuşdur.  Sabir  də  fəhləyə  demək 

istəyir  ki,  sən  bir  insansan  və  insanlıq  haqqlarına  sahib 

çıxmalısan. Digər tərəfdən, Sabirin tənqid etdiyi fəhlə ümumi bir 

anlayışdır.  Yəni  dini,  milli  kimliyindən  asılı  olmayaraq  işləyən 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin