www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
149
halına gətirmək istəyən rus imperiyasının yeni bir taktikası idi.
Lenin başda olmaqla bolşeviklərin fikir dəyişdirməsinə əsas
səbəb daşnak Şaumyanın əli ilə nəzərdə tutduqları Azərbaycan
türklərinin soyqırımını tamamilə reallaşdıra bilməmələri
olmuşdu. Bu baxımdan bolşeviklər taktika dəyişdirərək bu
dəfə türk-müsəlman bolşevik liderinin əli ilə Azərbaycana
sahib çıxmağa qərar vermişdilər. Bu taktikaya görə, xalq
arasında müəyyən qədər tanınan, eyni zamanda sosial-
demokrat əqidəsinə səmimi şəkildə tapınan Nərimanov milli-
demokratik qüvvələrə və onun bariz təzahürü olan milli höku-
mətə qarşı bir «proletar» sima kimi önə çıxarılmalı, həmin
«müsəlman-türk sosialist» simasının da razılığı ilə Milli
hökumət devrilməli və son olaraq Nərimanovun «müstəqil
Sovet Azərbaycanı»nın başçısı olduğunu bəyan etməklə Azər-
baycanın işğalına hərtərəfli haqq qazandırılmalı idi. Maraq-
lıdır ki, Stalin Rəsulzadə ilə söhbətində Nərimanovla onların
arasında belə bir anlaşmanın olduğunu gizlətməmişdir [245,
42].
Doğrudur, hazırda bəzi tədqiqatçılar (Ş.Qurbanov,
F.Əhmədova, H.Həsənov və b.) hesab edirlər ki, Nərimanov
Sovet Rusiyasının başçıları ilə deyil, onlar onunla anlaşıblar
[80, 11]. Hətta, bunu müsbət faktor kimi dəyərləndirən
H.Həsənov yazır ki, Leninlə danışıqlarda Nərimanov
Azərbaycanın müstəqilliyi, Bakının paytaxt olması və milli
adət-ənənələrin nəzərə alınması kimi şərtlər irəli sürmüşdür
[100, 53]. Bu prizmadan çıxış edən Şamil Qurbanov da
yazırdı ki, ona qarşı irəli sürülən ittihamların heç bir əsası
yoxdur: «İndi bəzi alimlər və təsadüfi jurnalistlər nahaqq yerə
onu tənqid atəşinə tuturlar, yeri gəldi-gəlmədi tənqid etmədən
keçinmirlər» [138, 14]. Bizcə, N.Nərimanovla bağlı irəli
|