Göründüyü kimi, Azərbaycan milli ideologiyası
formalaşıb onun məhsulu olan azərbaycançılıq yaranana
qədər, Azərbaycan türklərinin milli ideya yönündəki
axtarışları çoxistiqamətli olmuşdur: islamçılıq, türkçülük,
müasirlik, marksizm, liberal-demokratizm və b. Hər halda,
milli
ideyaların
rüşeymlərini
irəli
sürmüş
ilk
nümayəndələrindən
(A.A.Bakıxanov,
M.F.Axundzadə,
H.Zərdabi və b.) tutmuş ardıcıllarınadək (Ə.Ağaoğlu,
Ə.Hüseynzadə, Ə.Topçubaşı, N.Yüsifbəyli, M.Ə.Rəsulzadə
və b.) hər biri türkçülük, islamçılıq və müasirlik ideya
xətlərinə, az-çox dərəcədə maraq göstərmişlər. Millət, din və
müasirlik anlayışları arasından A.A.Bakıxanov üstünlüyü dini
birliyə-İslama, M.F.Axundzadə müasirləşməyə-Qərbçiliyə,
H.Zərdabi nisbətən milli birliyə-Türkçülüyə verdiyi halda,
Ə.Ağaoğlu «ikili» (İslam-Türk birliyi), Ə.Hüseynzadə «üçlü»
(islamlaşmaq, türkləşmək və avropalaşmaq), M.Ə.Rəsulzadə
isə «üçlü»+azərbaycançılıq məfkurəsindən çıxış etmişdir. Bu
mənada, Azərbaycanda bu iki xəttin vəhdətindən çıxış edərək
|