www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
153
oynamış və millətin həyatında əsas mərhələyə daxil
olunmuşdur. Milli oyanışın inkişafında isə milli mətbuatın
aparıcı qüvvəsi olan «Həyat», «İrşad» və «Füyuzat» kimi
qəzet-jurnallarda milli, islami və bəşəri yazılarla çıxış edən
Ə.Ağaoğlu və Ə.Hüseynzadə olmuşdur [87
a
,
XIII].
Ə.Cəfəroğlunun fikrinə görə, onlar mətbuatda milli fikirin
inkişafına xidmət etməklə yanaşı, işini ehtiyatlı tutaraq tədrici
təkamül yolu ilə getməyə daha çox üstünlük vermişlər. Belə
ki, milli ideya onlar tərəfindən mətbuatda müəyyən üsul və
sistemə tabe tutulmadan daha çox rəmz və işarələrlə ifadə
olunmuşdur: «Bu iki azəri-türk ziyalısı dövrün münəvvər və
milliyyətpəvər zümrəsinin fikirlərini öz mətbuatları vasitəsilə
yayarkən, cəhalət və təəssübkeşliyin milli inkişaf və istiqlal
ideyası önündə böyük maneə olacağını açıq şəkildə
görürdülər. Onlar milli varlığın təsdiqi yolundakı mübarizədə
yeni bir cığır açdılar və milli mədəniyyət üçün yorulmadan
çalışdılar» [63, 235]. Ə.Cəfəroğlu daha sonra qeyd edir ki,
ümumilikdə 1-ci rus inqilabı Azərbaycanın həm mədəni
tərəqqisi və milli ədəbiyyatının inkişafı, həm də milli
məfkurənin formalaşması baxımından böyük bir mərhələnin
başlanğıcı olmuşdur: «Bu tarixdən etibarən nisbətən daha
geniş nəfəs almaq imkanı qazanan Azərbaycan türkləri siyasi
və məfkurəvi təşkilatlanma istiqamətində olduğu kimi, milli
ədəbiyyat, teatr, musiqi, mətbuat və maarif sahələrində də
böyük addımlar atmaq imkanı əldə etmişdilər» [63, 149].
Milli ideologiyanın formalaşması məsələsinə kompleks
şəkildə yanaşaraq hesab edirik ki, 1900-1910-cu ilərdə
Ə.Ağaoğlu («islam millətçiliyi»), Ə.Hüseynzadə («osmanlı
türkçülüyü»), Ə.Topçubaşı (Rusiya türklərinin milli-mədəni
birliyi) və M.Ə.Rəsulzadə (milli inqilabçılıq) kimi milli
|