www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
154
154
ideoloqların siyasi-ideoloji və milli-fəlsəfi fikirlərinədki
oxşarlıqlarla yanaşı, ziddiyyətlərin də tədqiq olunmasına
zərurət var. Ümumilikdə, bu milli ideoloqların Azərbaycan
türk millətinin taleyi ilə bağlı irəli sürdükləri ideyalar bəzi
ziddiyyətləri
nəzərə
almasaq,
milli
ideologiyanın
formalaşması nəzər nöqtəsindən müsbət rol oynamışdır.
Ə.Hüseynzadənin təbrincə desək, eyni ideya uğrunda
mübarizə aparan insanlar arasındakı fikir ixtilafları,
ziddiyyətlərin olması milli birliyin pozulmasına dəlalət edə
bilməz. Əksinə fikir ixtilafları nəticəsində həqiqət meydana
çıxar və millət də əsil həqiqətin arxasınca gedər [28, 83].
Məsələyə bu prizmadan yanaşsaq görərik ki, 1900-1910-
cu illərdə Ə.Ağaoğlu və Ə.Hüseynzadə Azərbaycan
türklərinin milli ideyasını bir-birinə təxminən yaxın olan
müasir ruhlu islamçılıqda və türkçülükdə, başqa sözlə ümumi
və mücərrəd xarakterli türk-islam dünyasının birliyində
gördükləri halda, milli inqilabçılar (M.Ə.Rəsulzadə,
A.Kazımzadə
və
b.)
və
milli
liberal-demokratlar
(Ə.Topçubaşı) daha çox çar Rusiyası daxilində baş verən
inqilabi, liberal-demokratik dəyişikliklərə ümid edərək Rusiya
türklərinin, o cümlədən, konkret olaraq şimali Azərbaycan
türklərinin bundan müəyyən mənfəətlər əldə etməsinə
çalışmışlar. Bizə elə gəlir ki, çarizmə münasibətdə loyal
mövqe tutmalarına baxmayaraq, çar Rusiyasının marksisitlər
və liberallarla müqayisədə islamçılar və türkçülərlə amansız
davranışının kökünü də məhz bu məsələdə, yəni onların türk-
islam birliyinə çalışmalarında axtarmaq lazımdır. Hər halda
milli inqilabçılar və milli liberallar quruluşu dəyişməyə
çalışsalar da, ilk dövrlərdə, son nəticə olaraq Rusiyanın
bütövlüyü (Sovet Rusiyası, Rusiya Federasiyası və s. kimi)
|