www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
145
Bu mənada, rus bolşevizminin yolunu tutan Nərimanov və
onun məsləkdaşlarının SSRİ dövründə mifləşdirilməsi təsadüfi
olmamışdır. Bu o dövrün mühiti və ideologiyası ilə birbaşa bağlı
olmuşdur. Bunda yalnız sovet ideoloqları deyil, eyni zamanda
rus bolşevizminə üz tutanların özləri də maraqlı olmuşlar. Əgər
problemə oybektiv yanaşsaq görərik ki, Nərimanov da 1917-ci il
fevral burjua inqilabına qədər islam və türklüyə bir ideya xətti
kimi baxmasa da, ümumilikdə onları birmənalı şəkildə
inkarçılıq yolu da tutmamışdır. Bu dövrdə bir çox Azərbaycan
türk aydınları kimi, Nərimanov da milli ideya axtarışında
olmuşdur. Məhz bu səbədəndir ki, Nərimanov bir tərəfdən Türk-
İslam mədəniyyəti və ideologiyası xəttinə qulluq edən qəzetlərlə
əməkdaşlıq etmiş, digər tərəfdən milli sosial-demokrat təşkilatı
«Hümmət»in üzvü kimi marksizmlə də maraqlanmışdır. Bu
baxımdan, həmin dövrdə Nərimanovun yazıları ümumi
xarakterlidir və ideya baxımdan konkretlikdən çox uzaqdır. O,
islamın və türklüyün də, sosial-demokratiyanın da müsbət
cəhətlərini göstərmiş, ancaq onlara qarşı hər hansı ciddi
tənqidlərdən yan qaçmışdır. Bütün bunları nəzərə alsar, hazırda
Nərimanovun tədqiqatçılarından A.Hacıyevanın yazması ki, onu
düşündürən hansısa bir zümrənin, sinfin deyil, millətin taleyi
olmuşdur, bunun özü konkretlikdən çox uzaqdır: «Onun
mövzusu əsasən ümumcamaat, ümummillət dərdləridir, istər
Rusiyaada, istərsə dünyada siyasi və iqtisadi əsarətə məruz qalan
müsəlmanlardır» [94, 57].
Halbuki millətin dərdi hər bir mütəfəkkiri düşündürə bilər,
ancaq o çıxış yolu göstərməlidir. N.Nərimanov isə həmin dövrdə
konkret bir deya seçə bilmədiyi üçün ümumi tezislərlə çıxış
edirdi. Hər halda, ümummillətin, müsəlmanların dərdlərini
düşünmək bir şeydir, bundan çıxış yolu kimi hər hansısa bir
|