www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
141
M.Əzizbəyov milli istiqlal məsələsində S.M.Əfəndiyev,
D.Bünyadzadə, H.Sultanov və başqa məsləkdaşları kimi, milli-
demokratik qüvvələrə qarşı çıxmış, onların Azərbaycan
muxtariyyəti, Azərbaycan istiqlalı ideyasını pisləmiş, birmənalı
şəkildə Rusiya Federativ Sovet Respublikası ideyasının tərəfdarı
kimi çıxış etmişdi [202, 91].
Belə yandaşlardan olan Əliheydər Qarayev də
Azərbaycan Parlamentindəki əksər çıxışlarında özünü Sovet
Rusiyasının nümayəndəsi kimi apararaq açıq-aşkar əhalini Sovet
Rusiyası ilə birləşməyə, yaxud da ondan asılı olan «müstəqil
sovet Azərbaycanı» yaratmağa çağırmışdı [35, 535]. Ondan geri
qalmayan başqa bir bolşevik Ruhulla Axundov isə iddia edirdi
ki, Azərbaycanın istiqlalında Sovet Rusiyasının bəyan etdiyi
«təyini-müqəddərat» mühüm rol oynasa da, guya, bu istiqlal işçi
və kəndlilərə azadlıq verməmişdir [20, 23]. Onun fikrincə, həqiqi
istiqlalı onlara yalnız Sovet Rusiyası verə bilər. Əslində
Ə.Qarayevin, R.Axundovun müstəqil Azərbaycan dövründə
demokratiyanın verdiyi azadlıqlardan istifadə edərək yazdıqları
və dedikləri, Cümhuriyyət dövrünü deyil, bütövlükdə Sovet
Rusiyasının işğalından sonra Azərbaycanda baş verənləri
dəqiqliyi ilə ifadə edirdi.
Sovet ədəbiyyatında Azərbaycanın məşhur proletar
inqilabçısı, marksist-leninçi lideri sayılan Nəriman Nərimanov
1917-ci ilə qədər ideya cəhətdən yolunu müəyyənləşdirə
bilməmişdir. Bu mənada, onun həmin dövrə qədər marksizmə
münasibəti M.Ə.Rəsulzadə, A.Kazımzadə, M.H.Hacınski,
Ü.Hacıbəyli və başqaları ilə müqayisədə elə də ciddi şəkildə
fərqlənməmişdir. Hətta deyə bilərik ki, N.Nərimanov marksizmə
daha ehtiyatla yanaşmış, bir çox hallarda İslamın əsaslarını
sosializmdən, eyni zamanda əsrin elm və fənlərindən üstün hesab
|