Cabbarlı və başqaları da mühüm rol oynamışlar. «Arazdan
Turana» şeirində turançılıq məfkurəsini ifadə edən A.Şaiqin
fikrincə, Turan ellərinin arasına xainlər soxulmuş və onlar bu eli
parçalamaq istəyirmişlər. Yüz milyonluq türk övladları xainlərə
qarşı birləşməli və bütün Turanı xainlərədn azad etməlidirlər
[205, 61]. O, «Marş» şeirində də turançılıq məfkurəsindən çıxış
edərək yazırdı ki, türklər Turan yolunda birləşməli, ünlə, zəfərlə,
şanla tarixini doldurmalı və düşmənlərinə yerini göstərməlidirlər:
«Dalğalanır üstümdə şanlı Turan bayrağı, Alovlanır qəlbimdə
«Ərgənəkon» ocağı. Haydı, yola çıxalım, haqsızlığı yıxalım,
Turanda gün doğunca zülmətlə çarpışalım!» [205, 52]. Əhməd
Cavad isə şeirlərində həm turançılığı, həm də onun müstəqil bir
qolu olan Azərbaycan türkçülyünü təbliğ etmişdi. Fikrimizcə,
onun turançılığı «Çırpınırdın Qara dəniz» şeirində daha aydın
şəkildə ifadə olunmuşdu [58, 140]. Cümhuriyət dövründə isə
Ə.Cavad ümumi türkçülüklə, türk birliyi (turançılıqla) ilə yanaşı,
|