MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə21/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   17   18   19   20   21   22   23   24   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

23 


dini-fəlsəfi  dünyagörüşmüz  ilə  bağlı  milli  konsepsiya 

formalaşmamış,  üstəlik  bu  müddət  ərzində  bir-birinə  zidd 

mülahizələr daha da artmışdır.  

Qeyd  edək  ki,  çağdaş  ədəbiyyatda  milli  ideologiya 

probleminə onlarla kitablar, yüzlərlə məqalələr həsr olunmuş-

dur.  Azərbaycanda  milli  ideologiya  probleminin  bu  və  ya 

digər  dərəcədə  tədqiqatçıları  sırasında  –  Ramiz  Mehdiyev, 

Əfrand  Daşdəmirov,  Səlahəddin  Xəlilov,  Əlikram  Tağıyev, 

Nizaməddin 

Şəmsizadə,  Əbülhəsən  Abbasov,  Nizami 

Cəfərov, Yadigar Türkel, Sona Vəliyeva, İlham Məmmədzadə 

və başqaları var. Bu tədqiqatçılar milli ideologiya və ya milli 

ideya 

kimi 


təqdim 

olunan 


türkçülük, 

islamçılıq, 

azərbaycançılıq  və  başqa  cərəyanları  araşdıraraq  bəzən  üst-

üstə  düşən,  bəzən  də  fərqli  mülahizələr  irəli  sürmüşlər.  Belə 

ki,  bu  araşdırmaçılardan  bəziləri  azərbaycançılığa  (Ə.Daş-

dəmirov,  R.Mehdiyev,  S.Xəlilov  və  b.)  çox  üstünlük  verdik-

ləri  halda,  digər  qismi  türkçülük  və  azərbaycançılığın 

(Ə.Tağıyev,  N.Şəmsizadə,  Ə.Abbasov,  Y.Türkel  və  b.) 

sinergizmindən çıxış etmişlər. 

Fikrimizcə,  XIX-XX  əsrlərdə  Azərbaycanda  gedən 

ideoloji proseslərdə əsas iki xətt: 1. İslam-Türk-Şərq mədəniy-

yəti və ideologiyası: islamlaşmaq, türkləşmək, müasirləşmək, 

milli  azərbaycançılıq;  2.  Rus-Avropa-Qərb  mədəniyyəti  və 

ideologiyası:  qərbpərəstlik,  avropasayağı  «mollanəsrəddin-

çilik»,  milli  bolşevizm-sosializm,  sovet  azərbaycançılığı 

olmuşdur.  Bu  ikili  mübarizə  XXI  əsrin  əvvəllərində  də  öz 

aktuallığını  qoruyub  saxlamaqdadır.  Belə  ki,  bu  iki  xəttdən 

hansının  əsasında  milli  ideyanın  müəyyənləşdirilməsi 

müzakirə  obyektidir.  Bizcə,  Rus-Avropa-Qərb  mədəniyyətin-

dən  tamamilə  imtina  etmədən,  ancaq  milli-mənəvi  dəyərlərin 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin