www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
26
26
Qeyd edək ki, bu yaxınlarda Məhəmməd Əmin Rəsul-
zadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbay-
can Respbulikasının Prezidenti İlham Əliyev sərəncam (2013,
22 noyabr) imzalamışdır. Həmin sərəncamda bildirilir ki,
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri,
Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin
Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdiril-
məsində, Azərbaycan tarixi dövlətçilik ənənələri zəminində
milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal
ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmişdir
[86
b
].
Biz monoqrafiyada Azərbaycan milli ideologiyasının
mahiyyətini açmaq üçün təkamül prinsipinə əməl edilməsini
və bu zamanı baş verən siyasi-ideoloji olayların
dəyərləndirilməsinin önəmli olması ilə yanaşı, Azərbaycan
milli ideyası yaranana qədər mövcud olan və o, yarandıqdan
sonra da öz əhəmiyyətini itirməyən milli ideyaların ciddi
şəkildə təhlil olunmasını vacib hesab etmişik. Bu baxımdan
monoqrafiyanın ana xəttini, birincisi, islamçılıq, türkçülük və
müasirlik ideyalarının azərbaycançılığın (Azərbaycan türkçü-
lüyünün) yaranmasındakı rolu ilə yanaşı, onun mövcudluğu
dövründə həmin ideyaların hansı mövqe tutması təşkil
etmişdir. Bizcə, bu gün əsas məqsəd həmin ideyaları
dirçəltmək, Cümhuriyyət dövründəki milli şüuru bərpa etmək
olmalıdır. Əlbəttə, milli şüurun bərpası çağdaş dövrün
tələblərini də nəzərə alınmaqla həyata keçirilməlidir. Bu
mənada, Cümhuriyyət dövründəki ideyalarla çağdaş dövrün
tələblərinin uzlaşdırılması Azərbaycan xalqının milli
ideyasının əsas meyarı olmalıdır.
|