MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə23/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   19   20   21   22   23   24   25   26   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

25 


xüsusilə fəlsəfə tarixi baxımından əsas problem odur ki, ötən 

əsrdən  bizə  miras  qalan  ideya  və  ideologiyaları  təsdiq  və  ya 

inkar  edərkən,  digər  müəlliflər  hansı  metodologiyadan  çıxış 

etmişlər və biz, nəyi təklif etmişik. 

Bizcə,  milli  və  bəşəri  dəyərlərin  sintezindən  çıxış 

etməklə  yanaşı,  birincinin  müəyyən  üstünlüyünü  önə 

çəkilməlidir. Zənnimizcə, ötən əsrin əvvəllərində Azərbaycan 

milli 


ideoloqları 

(M.Ə.Rəsulzadə, 

N.Yusifbəyli, 

Ə.Topçubaşov  və  b.)  da  məhz  belə  bir  metoddan  istifadə 

edərək,  milli-demokratik  məfkurəyə  əsaslanan  Azərbaycan 

Cümhuriyyətini  yaradarkən  milli  özünəməxusuluğu  heç  vaxt 

arxa  plana  keçirməmişlər.  Bu  Cümhuriyyətin  milli 

ideologiyası  dövlət  bayrağında  da  öz  əksini  tapdığı  kimi, 

türkçülük-milillilik,  müasirlik-dünyəvilik  və  islamçılıq-dini-

mənəvi dəyərlər təşkil etmişdir. Bu üç ideya Azərbaycan milli 

ideologiyasının  mahiyyətini  təşkil  etmiş,  Azərbaycan  Cüm-

huriyyətinin  yaranması  ilə  yeni  bir  ideya  –  azərbaycançılığı 

doğurmuşdu.  Bununla  da,  Azərbaycan  milli  ideologiyasının 

əsasını  artıq  dörd  ideya  xətti:  türk(çülük),  islam(çılıq), 

çağdaş(lıq) və azərbaycan(çılıq) təşkil edir.  

Şübhəsiz,  türkçülük,  islamçılıq  və  müasirliyə 

əsaslanan  azərbaycançılığın  yaranmasında  M.Ə.Rəsulzadə 

mühüm  rol  oynamışdır.  Çağdaş  Azərbaycan  dövlətçiliyinin 

yaranmasında  və  milli  istiqlal  ideyalarının  yayılmasında 

müstəsna  əməyi  olan  M.Ə.Rəsulzadə  ədəbi-ictimai  fikir 

tariximizə də layiqli töhfələr vermişdir. Bütün bunların dövlət 

səviyyəsində  qeyd  edilməsi  də  göstərir  ki,  Rəsulzadə 

Azərbaycan  tarixinin  və  fəlsəfəsinin  dəyərli  milli 

ideoloqlarından biri olmuşdur.   





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin