www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
214
214
təmin etmək üçün xırda ticarətə yol verilməsi [231, 160].
«Sağlar» hesab edirdilər ki, milliyyət və milli mədəniyyət –
ictimai və siyasi həyatda çox yüksək birər həqiqətdir. Onlar
üçün milli mədəniyyətin və milli hakimiyyətin mənafeyi,
proletar mənafeyinin fövqündədir. «Sağlar» sovet şəraiti
içərisində vücuda gələn milli həyatı, milli mədəniyyət və milli
hakimiyyəti qayə və ideal halına qoymuşlardır [154
a
, 65].
Milli məsələyə münasibətin ilk mərhələsində, xüsusilə
1920-1924-cü illərdə Sovet Rusiyasının Azərbaycanda
apardığı müstəmləkəçilik ideologiyasına milli kommunist
rəhbərlər arasında, ilk dəfə açıq şəkildə etiraz edən Nəriman
Nərimanov olmuşdu. Onun milli məsələ üzrə siyasi-ideoloji
baxışları «Ucqarlarda inqilabımızın tarixinə dair» məktubunda
geniş şəkildə şərh olunmuşdu.
Ümumilikdə, Nərimanovun bu və başqa yazılarında
milli məsələ ilə bağlı irəli sürdüyü mülahizələrdən belə nəticə
çıxarmaq olar ki, o, müstəqil və milli Azərbaycan dedikdə, nə
27 aprel işğalına qədər, nə də işğaldan sonra heç vaxt onu
Sovet Rusiyasından tamamilə ayrılıqda nəzərdə tutmamışdı
[169, 9]. Yəni, o bütün hallarda Sovet Azərbaycanının
varlığının Sovet Rusiyası ilə bağlı olmasını qəbul etmişdi.
Nərimanov açıq şəkildə yazırdı: «Sovet Rusiyasız biz elə
sabah mövcudluğumuza son qoyarıq…» [168, 426]. Sadəcə,
Nərimanova görə Sovet Azərbaycanının müstəqil və milli
siyasət yürütməsi Sovet Rusiyasının özünə də lazım imiş.
Guya, Sovet Azərbaycanı müstəqil və milli olardısa, Şərq
xalqları bundan ruhlanaraq milli azadlıq hərəkatlarına qoşular
və Avropa kapitalizmi diz çökərmiş [168, 438]. Ancaq
Nərimanov başa düşmək istəmirdi ki, Sovet Rusiyasının ilk
növbədə məqsədi Avropa imperialistlərini deyil, Türk-İslam
|