www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
212
212
hökuməti elan olunsa da, ancaq bu yalnız Bakıda
gerçəkləşmiş, digər yerlərdə nə varlılar, nə də yoxsullar onun
gücünü tamamilə anlamamışlar. Çünki Şura hökuməti
torpaqları varlıların əlindən alacağını, eləcə də qaçmış
bəylərin və xanların torpaqlarını yoxsullara verəcəyini bəyan
etsə də, bunlardan heç biri reallaşmamışdır. Ona görə də
bolşevik R.Axundov Bakıdan kənarda qalan əyalətləri zorla
sovetləşdirməyi təklif edirdi: «Kəndlərdə özümüzə möhkəm
əsas qurmaq üçün hələ hərəkətsiz duran arasında şiddətli
mübarizə törətmək lazımdır. O da birini yandırmaq, o
birilərini qandırmaqdır. Qolçomaqları, müftəxorları və
qoçuları soymaq, dilsiz, ağızsız, hürkəgən və məzlum
yoxsulları doyurmaq. Bunu da kəndçilərin öz əllərilə başa
gətirmək lazımdır. Qoy özləri boğuşsunlar, özləri didişsinlər.
Biz isə yoxsul kəndçilərə bu didişmədə var qüvvəmizlə
kömək edəcəyik, onlara yol göstərəcəyik» [20, 45].
Fikrimizcə, R.Axundovun bu «ideyası» yalnız onun
fikirlərinin məhsulu deyil, bütövlükdə bolşeviklərin o
dövrdəki dünyagörüşünün örnəyi idi. Azərbaycanda inqilabla
hakimiyyətə gəldiklərini iddia etdikləri halda, Bakını çıxmaq
şərtilə, hələ də yerlərdə bolşeviklərin qəbul olunmadığını
etiraf edən və buna görə də, yerlərdə xalqı bir-birinə
qırdırmaqla bolşevik «inqilabı» olması ideyası ilə çıxış
edənlərə heç bir şəkildə bəraət qazandırmaq olmur. Bütün
bunlar bir daha göstərir ki, «27 Aprel inqilabı» hansı şəkildə
baş vermiş və Azərbaycan bolşeviklərinin bu inqilabda rolu
nədən ibarət olmuşdur. R.Axundovun Azərbaycan kommu-
nistlərinin 3-cü qurultayı münasibəti ilə yazdığı məqalədə bir
daha etiraf etdiyi kimi, 1920-ci ilin əvvəllərində AKP (b)
|