www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
322
322
üçün kafi deyildir. Uğrunda mücadilə edilən «istiqlalın» daşıdığı
sosial mənanı da açmalıdır ki, milli hərəkat düşmənlərinə kütləyi
şaşırtmaq üçün demaqogiyasına imkan qalmasın!…» [181, 66].
O hesab edirdi ki, sosial məsələni milli məsələnin bir his-
səsinə çevirməklə bolşevikləri sıradan çıxarmaq mümkündür. Bu
baxımdan onun əsas məqsədi sosial məsələnin millətçiliyə zidd
olmadığını sübut etmək idi: «Düşmənimiz bolşevizm üçün mil-
liyyət, keçici bir taktika məsələsi isə, bizim üçün sosial islahat
heç də öylə deyildir. Bu, öz başına təsanüdlü və məsud bir varlıq
təsəvvür etdiyimiz ahəngdar milli cəmiyyətin həm davamı, həm
də istiqlalının təmini üçün zəruri və daimi bir qayədir!…» [244,
51].
M.Ə.Rəsulzadənin milli təsanüd ideyası, milli məsələ ilə
sosial məsələnin kəsişdiyi bir nöqtə idi. O, bu ideyanı irəli
sürməklə sübut etmək istəyirdi ki, sosial məsələləri milli məsələ-
lərə qarşı qoymağın heç bir mənası yoxdur. Rəsulzadə sosial
məsələlərin milli məsələlərə zidd olmadığını, əksinə, onunla
bağlı olduğuna inanırdı. Beləliklə, milli ideoloq əsas fikirlərini
milli məsələ ilə sosial məsələnin təsanüdünə, yəni onların
həmrəyliyinə yönəltmişdir. Mühacirət dövründə Rəsulzadənin
milli ideyaya, o cümlədən milli həmrəylik fəlsəfəsinə sonsuz
dərəcədə inaması bir daha göstərir ki, o bir milli ideoloq kimi
Azərbaycan Cümhuriyyətinin memarıdır. Elə bir memar ki,
Rəsulzadənin ideyaları əldə əsas tutarlarsa, bu dövlət əbədiyyən
yaşamaq gücünə malikdir.
M.B.Məmmədzadənin fikrincə də, 27 aprel faciəsinin
kommunistlərin hər yerdə çığırdıqları və bağırdıqları kimi, Azər-
baycan kəndli və işçisinin inqilabı deyil, sadə Rusiya ordusunun
vəhşicə istilası olması hər kəsə aydın və açıqdır [154, 155]. Bunu
nəzərə alaraq, o qeyd edirdi ki, Azərbaycan türk xalqının
|