MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə342/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   338   339   340   341   342   343   344   345   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

323 


məsumanə  axan  qanından  yaranan  milli  intibah  rus  ağalığının 

son  qəbir  daşı  olacaqdır:  «Ey  türk  xalqı!  Səni  azad  edəcək  və 

xoşbəxt yaşadacaq mübarizəyə bütün qüvvənlə hazırlaş, səni bu 

mübarizə  xilas  edəcəkdir!  Azərbaycanın  istiqlalını  bir  dəfə 

qurdun, iknici dəfə də qurmaq bacarığına maliksən. Düşmənini 

tanı,  milli  intibahını  yüksəlt,  haqq  səninlədir»  [154,  156].  Bu 

fikirlərinin davamı olaraq Məmmədzadə  yazırdı:  «Bir millət  ya 

yetişmişdir,  öz  haqqına  müdrikdir,  müştərək  milli  bir  şüura 

malikdir  və  yaxud  əksinə  olaraq  ölgündür,  ictimai  bir  üzviyyət 

halına gəlməmişdir» [241]. 

M.Ə.Rəsulzadənin  «rus  kommunizmi»nə  qarşı  irəli 

sürdüyü  milli  həmrəylik  (solidarizm)  ideyasını  müdafiə  edən 

Məmmədzadə  yazırdı  ki,  «Müsavat»ın  «Yeni  proqram 

əsasları»na görə, müstəqil türk dövlətində nə ifrat liberalizmə, nə 

də kommunizmə yer olmayacaqdı: «Bu qənaətlə o, fərdi azadlıq 

və şəxsi mülkiyyət əsasını siyasət və iqtisad prinsipi olaraq qəbul 

etməklə bərabər, əsrimizin gündən-günə qüvvətlənən bir sintezi 

halında  olan  həmrəylik  (solidarizm)  sistemi  gərəyincə  dövlətlə 

cəmiyyətin  haqlarını  tanıyır  və  onların  çarpışan  zümrə 

mənfəətləri  üzərində  nizamlayıcı  rolunu  oynamağa  mükəlləf 

müəssisələr  olduğunu  qədul  edir.  Bu  surətlə  müsavatçılıq  milli 

birlik və həmrəyliyi əsas olaraq qəbul edir, hər cür sinif və zümrə 

hakimiyyətini  rədd  edir»  [154,  211].  Bu  proqrama  görə,  türk 

mədəniyyətinin  inkişafı  və  təkamülü,  Azərbaycan  türkünün 

səadəti  və  rifahı  belə  bir  milli  həmərylik  sistemi  daxilində 

mümkündür.  Artıq  burada  fərdi  azadlıq  və  fərdi  mülkiyyət  ilə 

yanaşı, ümüminin mənfəəti də vardır. Məmmədzadə yazır: «Bu 

tezisdə cəmiyyət də (bütün) var, fərd də (tək). Fərdi hürriyyət və 

mülkiyyət,  ümumun,  bütünün,  dövlətin  –  millətin  ali 

mənafelərinə  zərər  vurmamalıdır.  Ona  görə  millət-dövlət  fərdi 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   338   339   340   341   342   343   344   345   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin