MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə345/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   341   342   343   344   345   346   347   348   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

326 



326 

dilini  «müstəqil  dil»  və  «cümhuriyyət»  elan  edən  bolşeviklərin 

əsas məqsədi vahid türk dilinin və millətini parçalamaq idi.  

Bu  baxımdan  Azərbaycan  işğal  olunduqdan  sonra 

Türkiyə və Azərbaycan türkləri arasındakı dil və millət birliyini 

aradan qaldırmaq üçün ilk növbədə Azərbaycanda latın yazısını 

həyata  keçirməyə  başladı.  Guya,    bununla  türklərə  xidmət 

etdiklərini iddia edən bolşeviklərin əslində məqsədləri vahid türk 

toplumlarını  bir-birindən  ayrımaq  idi.  Bu  baxımdan  Azərbayan 

türk  dövlətinin  əsaslarını  sarsıtmaq  üçün  ilk  zərbə  dil  birliyinə 

vuruldu. Cəfəroğlu yazır: «Bolşeviklər bir tərəfdən iki qardaş və 

həmsərhəd  ölkə  arasındakı  dil  vəhdətini  pozmağa  çalışarkən,  o 

biri  tərəfdən  də  Rusiyada  yaşayan  türkləri  bir-birlərindən  və 

tarixlərindən  ayırmaq  üçün  dərhal  latın  əlifbasının  tətbiqinə 

girişdilər»  [63,  301].  Onun  fikrincə,  nəticədə  bolşeviklər  istək-

lərinə  çatdılar:  iki  qardaş  türk  xalqı  bir-birlərinin  yazılarını  və 

kitablarını  oxumayacaq  duruma  gətirildi.  Türklər  dil  və  siyasi 

birlik baxımından müxtəlif cərəyanlara ayrıldılar.  

Ancaq  bolşeviklər  bu  yolla  türk  dil  və  türk  birliyinin 

süqutuna çalışarkən Türkiyənin də latın yazısına keçməsi vəziy-

yəti  dəyişdi.  Bununla  da  yenidən  türk  birliyi  ideyası  gücləndi. 

Bolşeviklər  güman  edirdilər  ki,  Türkiyə  bir  çox  səbəblərə  görə 

(İslam dini və s.) heç bir zaman ərəb əlifbasından imtina etməyə-

cək.  Bununla  da  Rusiya  türkləri  Türkiyə  türklərindən  bütün 

sahələrdə (mədəniyyət, dil, əlifba və s.) bir-birlərindən fərqli yol 

tutmuş  olacaqlar.  Ən  əsası  əsarət  altındakı  Rusiya  türkləri  heç 

vaxt Türkiyə türklərindən mənəvi qida ala bilməyəcəklər. Ancaq 

Türkiyənin latın əlifbasına keçməsi ilə bolşeviklər əvvəlcə Türki-

yədə  və  sovet  Rusiyasında  nəşr  olunan  qəzet  və  kitabların  bir-

birlərinə çatdırılması ilə bağlı qərar qəbul etsə də, bunun sonralar 

faydasız olduğunu anlayaraq rus-kiril əlifbasına keçməklə bağlı 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   341   342   343   344   345   346   347   348   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin