www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
324
324
hürriyyət və mülkiyyətləri kontrol etmək haqqına malikdir»
[154, 212].
«Rus kommunizmi» ideologiyasına qarşı çıxan türkoloq
Əhməd Cəfəroğlu (1899-1975) «Dil guşəsi» məqaləsində
yazırdı ki, çar Rusiyası dövründən başlayan dildə və dində
ruslaşdırma siyasəti sovet dövründə də davam etməkdədir: «Türk
qardaşlarmızdan başqa dünyanın heç bir yerində heç bir millət və
qövm öz doğma dili ilə aldadılaraq milli ruhundan və
əqidəsindən uzaqlaşdırılmamışdır. Sərhədləri az qala Ağrı
dağının ətəklərinə qədər uzanan, dünənə qədər torpaqlarında hürr
və azad yaşayan Azərbaycanda rus istilasının təsiri altında, kim
bilir, nə qədər sıravi türk və hətta türk ziyalısı ana dilində düzgün
yazmağı-oxumağı
bacarır?!»
[63,
296].
Fikrimizcə,
Ə.Cəfəroğlunun o zaman yazdıqlarının bu gün nə dərəcədə
aktual olmasının geniş şərhə ehtiyacı yoxdur. Çox təəssüflər
olsun ki, ruslaşdırma siyasəti nəticəsində bugünkü Azərbaycan
insanlarının, xüsusilə onun ziyalısının xeyli bir qismi yalnız
rusca yazmağı-oxumağı bacarır. Bu isə əlbəttə, milli şüurun
formalaşmasının qarşısını alan zərərli amillərdəndir. Məhz
çarizm və sovet dövründə bu günü nəzərə alan antiazərbaycan və
antitürk ideolaqları ruslaşdırma siyasətinin əsasını qoymuşdular.
Cəfəroğlu haqlı olaraq yazırdı ki, çarizm və sovetlər
dönəmində Rusiya türklərinin, o cümlədən azəri türklərin dilini
tədqiqat obyektinə çevirmələri heç də səmimi xaratker
daşımamışdır. Belə ki, ruslar bir əsrə yaxın əsarət altında
saxladığı millətin ləhcəsində nəinki bəsit bir qrammatika kitabı,
heç adi bir lüğət də hazrlamamışlar. O yazır: «Bu hər şeydən
əvvəl dili bir, qanı və tarixi bir iki qardaş türkü, yəni
Azərbaycan və Türkiyəni bir-birindən ayırmaq siyasətinin
nəticəsidir. Yoxsa, hətta ədəbi dilə malik olmayan hər hansı
|