MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə374/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   370   371   372   373   374   375   376   377   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

354 



354 

kimi  yozmaq  doğru  deyildir.  Türklük  milli  şüurun  bir 

hissəsidir. Həm də aparıcı hissəsi və nüvəsidir. Buna səbəb də 

odur ki, milli şüurun formalaşması hər şeydən öncə dil, mədə-

niyyət  və  qan-nəsil  birliyi  (etnos)  ilə  bağlıdır.  Hər  bir  insan 

danışdığı dilin milli varlığıdır. Elə bir varlıq ki, özünü onunla 

ifadə edir. Bu baxımdan türk (Azərbaycan) dilində danışan və 

təhsil  alan  hər  bir  Azərbaycan  vətəndaşı  (türk  və  türk  olma-

yanlar)  özünü  həm  türk  (çoxsaylı  Azərbaycan  türkləri),  həm 

də azərbaycanlı (çoxsaylı türklər, azsaylı etnik qruplar və milli 

azlıqlar)  kimi  qəbul  edir.  Bu  bütövlük  nəticəsində  yaranan 

azərbaycanlılıq milli şüurun özünüdərk nümunəsidir. Deməli, 

milli şüur formalaşdırılarkən dil amili birinci yeri tutur.  

Burada  genetik  amilin,  yəni  eyni  qanı  daşıyan 

nəsillərin  etnos  birliyinin-milliyyətin  də  xüsusi  rolunu  qeyd 

etmək  lazımdır.  Genetik  amil  (qan  birliyi)  milli  özünüdərkin 

daxili  bir  prosesidir.  Bu  proses  insanın  şüuraltı  (təhtəlşüur)  

hissəsinin oyanışına, öz etnikliyini tanımasına səbəb olur.  

Mədəniyyət  isə  milli  adət-ənənələrlə  bağlıdır.  Burada 

milli mentalitet də çox mühüm rol oynayır. Məsələn, türklərin 

mədəniyyətində  xoşgörü  (tolerantlıq),  humanizm  və  sair 

amillər mühüm yer tutur.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   370   371   372   373   374   375   376   377   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin