www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
355
çalışmışlar. Azərbaycan türk ziyalıları tayfa və xanlıq
şüurundan əl çəkərək çağdaş dövrün tələblərinə uyğun millət
olmanın əhəmiyyətini anlamışlar. Artıq A.A.Bakıxanov,
M.F.Axundzadə, H.B.Zərdabi, S.Ə.Şirvani kimi Azərbaycan
mütəfəkkirləri hər hansı milli və dini məsələyə bir tayfa,
yaxud bir bölgənin miqyasında deyil, Qafqaz-Azərbaycan
türklərinin səviyyəsində yanaşmağa çalışmışlar. Doğrudur,
onların Azərbaycan xalqının yenidən millətləşmə prosesinə
baxışları bir qədər fərqli olmuşdur. Bu baxımdan onlardan
bəziləri bu çar Rusiyasının apardığı siyasət nəticəsində bir
sıra hallarda, milli kimliyini və milli dilini «tatar»,
«müsəlman», hətta «fars-persian» kimi qələmə vermişlər.
Bütün hallarda onların ilk addımları nəticəsində milli şüurun
çağdaş dövrün tələblərinə uğyun şəkildə formalaşması prosesi
başlamışdır.
Şübhəsiz, milli şüurun yenidən bərpası prosesində
Azərbaycan türkləri əsas rol oynamışlar. Çünki bu bölgədə
istər say, istərsə də tarixi gerçəklik baxımından yalnız
Azərbaycan türkləri buna hazır idilər. Bu baxımdan XIX əsrin
sonu – XX əsrin əvvəllərində baş qaldıran milli oyanış
prosesində aktiv iştirak edən Azərbaycan türkləri və onun
aydınlarının (A.A.Bakıxanov, H.B.Zərdabi və b.) əsas
xətlərindən biri türklük olmuşdur. XX əsrin əvvəllərində milli
şüurun formalaşdırılması yolunda ciddi addımlar atan milli
ideoloqlar da (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşı,
M.Ə.Rəsulzadə və b.) sonunda anlamışlar ki, milli varlıqlarını
ifadə etmək üçün ən güclü silahlardan biri etniklikdir-
türkçülükdür.
Onlar bu qənaətə dini şüurun istənilən effekti
verməməsindən sonra gəlmişlər. Bu mənada, ilk dövrlərdə
|