MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə379/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   375   376   377   378   379   380   381   382   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

358 



358 

mahiyyəti  və  hədəfi  artıq  büllurlaşmış  olan  milli  hərəkat  öz 

zahiri  simasına  ad  taparaq  islami  etiketdən  çıxır,  milli  türk 

simasını  alırdı.  Çünki  kollektiv  vicdan  islami  mahiyyətini 

çoxdan  tərk  etmiş,  ictimai  münasibətlərdə  dinin  bağlayıcılıq 

yerini  dil  almış  olurdu»  [154,  23].  Beləliklə,  M.B.Məmməd-

zadənin təbrincə desək, xanlıqlar dövründəki parçalanmış türk 

şüuru  artıq  aradan  qalxmağa  başlamış,  tayfa-xanlıqlar 

şüurunun  yerini  kollektiv  şüur  –    milli  şüur  (türklük) 

tutmuşdur.  Rəsulzadə  də  yazırdı  ki,  artıq  Azərbaycan 

insanının  şüurunda  bir  neçə  yerə  bölünmüş  xanlıqlar  deyil, 

Azərbaycan milli ideyası şüuru formalaşmışdır. Halbuki yüz il 

əvvəl  Azərbaycan  Türk  Xanlıqları  hakimiyyətlərini  çar 

Rusiyasına  qeyb  etdikləri  zamanı  belə,  Azərbaycan  xalqı 

bugünkü Azərbaycan birliyinə malik deyildilər. Bu baxımdan 

Azərbaycan  Türk  Xanlıqları  çar  Rusiyasının  işğalına  məruz 

qaldıqdan  sonra,  milli  birliyi-Azərbaycan  birliyini  bəlkə  də, 

heç  romantik  şəkildə  belə  xəyal  etməyən  bir  millət  indi  onu 

əldə  etmişdirsə,  deməli,  gerçək  Azərbaycan  birliyi  şüuru 

olduğu halda Azərbaycanın istiqlalı qaçılmazdır [188, 54].  

Şübhəsiz,  20-ci  əsrin  əvvəllərində  milli  şüurun 

formalaşması prosesinə dünyada və çar Rusiyasında baş verən 

tarixi  olaylar  da  öz  təsirini  göstərdi.  Bir  tərəfdən  tayfa-

xanlıqlar şüurundan uzaqlaşma, digər tərəfdən ümmətçilikdən 

millətçiliyə keçid türklük əsasında  milli şüurun yaranması ilə 

nəticələndi. Bu isə, öz əksini «türk kimliyi», «türk dili», «türk 

mədəniyyəti»,  «türk  tarixi»,  «türk  ədəbiyyatı»  anlayışlarında 

tapdı.  Xüsusilə,  «Açıq  söz»  qəzetinin  şüarı  olan  türkləşmək, 

müasirləşmək  və  islamlaşmaq  milli  şüurun  formalaşmasında 

həlledici rol oynadı. 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   375   376   377   378   379   380   381   382   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin