MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə380/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   376   377   378   379   380   381   382   383   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

359 


XX  əsrin  əvvəllərində  Milli  şüur  və  beynəlmiləl 

ideyalar.  Ümumiyyətlə,  bu  gün  olduğu  kimi,  ötən  əsrin 

əvvəllərində  də  milli  şüurun  formalaşması  prosesində  əsas 

mübarizə  islamlaşmaq,  türkləşmək  və  müasirləşməklə 

(«üçlük»lə)  yanaşı,  beynəlmiləl  ideya  hesab  edilə  biləcək 

sosial-demokratizm, 

liberal-demokratizm 

və 

başqaları 



arasında  da  getmişdir.  Xüsusilə,  XX  əsrin  əvvəllərində 

dünyanın  bir  nömrəli  qloballaşma  hadisəsi  kimi  sosial-

demokratizmi (marksizmi) hesab etmək olar.  

O  dövrdə  bəziləri  hesab  edirdilər  ki,  zəmanənin  əsas 

ideyası islamlaşmaq və türkləşmək deyil, sosial-demokratizm-

dir-bütün  fəhlə  və  kəndli  sinfinin  birləşməsi  və  dünyada 

sosializm  cəmiyyəti  qurmaqdır.  Bu  mənada,  Azərbaycan 

türklərinin  də  xilas  yolunu  islam,  türklük  deyil,  sosial-

demokartizmlə bağlayanlar da vardı. Etiraf etmək lazımdır ki, 

həmin  dövrdə  sosial-demokratizm  qlobal  hadisə  kimi,  bir 

müddət  islamçılıq  və  türkçülük    şüuru  ilə  başa-baş  mübarizə 

apara  bilmişdir.  Hətta,  Azərbaycanın  bəzi  aydınları  ilk 

dövrlərdə sosial-demokratizmi milliyyət və islamiyyətdən belə 

üstün tutmuşlar.  

Deməli, hazırda olduğu kimi, XX əsrin əvvəllərində də 

milli  şüurun  hansı  ideyalar  əsasında  formalaşa  biləcəyi  ilə 

bağlı  təzadlı  mülahizələr  və  mövqelər  olmuşdur.  Bir  çox 

aydınlarımız  sosial-demokrtizmin  təsiri  altında  islamçılığın 

ona  zidd  olmamasını  əsaslandırmağa  çalışmışlar.  Marksizm 

kimi  islamiyyətin  də  beynəlmiləl  mahiyyətə  malik  olması 

vurğulanmışdır.  Beləliklə,  islamçılıqla  beynəlmiləl  ideya 

hesab olunan sosial-demokratizm arasında oxşarlıqlar tapmaq 

bir  növ  əsas  ideoloji  məşğuliyyətlərdən  biri  olmuşdur 

(M.Ə.Rəsulzadə,  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu  və  b.).  Çünki 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   376   377   378   379   380   381   382   383   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin