MahirəNərimanqızı


Sovet  dövründə  milli  şüur  və  beynəlmiləl  şüur



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə388/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   384   385   386   387   388   389   390   391   ...   614
Sovet  dövründə  milli  şüur  və  beynəlmiləl  şüur. 

Sovet  Rusiyası  Cümhuriyyəti  işğal  etdikdən  sonra 

Azərbaycanda formalaşan milli şüuru məhv etmək üçün pilləli 

siyasi-ideoloji 

işlər  həyata  keçirdi.    Burada  sovet 

ideoloqlarının  əsas  məqsədi  türklük  şüurunu  azərbaycanlılıq 

şüurundan ayırmaq və aradan qaldırmaq idi. Bunun üçün isə, 

rus  bolşeviklərinin  fikrincə,  ilk  növbədə  türklük  şüurunun 

birbaşa daşıyıcıları olan milli aydınlarımız ya məhv edilməli, 

ya  da  onların  siyasətlərinə  uyğunlaşdırılmalı  idi.  İkinci 

növbədə 

isə  Azərbaycan  Cümhuriyyətinin  süqutunda 

yaxından  iştirak  edən,  ancaq  özlərini  türk  kimliyi  içində 

görənlərin  məhv  edilməsi  idi.  Bu  proses  1920-ci  il  aprel 

işğalından başlamış və 1930-cu illərin sonlarına qədər davam 

etmişdi. 

Bu  baxımdan  işğalın  ilk  günündən  etibarən  birinci 

növbədə, milli şüurun formalaşmasında əsas rol oynayan milli 

aydınlarımız  nəzarət  altına  alındı.  Sovet  rejimi  bir  tərəfdən 

milli aydınlar arasında onlara  yaxın olanları müəyyənləşdirir,  

digər tərəfdən heç vaxt onlarla yollarının birləşməsi mümkün 

olmayanları  fiziki  və  mənəvi  cəhətdən  sındırmağa  çalışırdı. 

Bu mənada, ilk mərhələ türklük şüurunun birbaşa daşıyıcıları 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   384   385   386   387   388   389   390   391   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin