www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
366
366
üçün çox ağrılı oldu. Onlar Azərbaycanda türklük şüurunu
qorumaq və yaşatmaq üçün yalnız canlarından olmadılar, eyni
zamanda bütün qohum-əqrabalarının da özləri ilə bərabər ya
ölümünə, ya da sürgününə səbəb oldular. Bu bir milli kimlik
və milli varlıq davası idi. Əgər o zaman türklük şüurunun
daşıyıcıları Vətəndə və Vətəndən kənarda bu davanı
aparmasaydılar, bəlkə də bugünkü Azərbaycan olmayacaqdı.
Özəlliklə, SSRİ hərbi-diktatura rejiminin mövcudluğu
dövründə Vətəndən xaricə mühacirətə getməyə imkanları
olduğu halda belə, bunu etməyib bütün mümkün vasitələrə əl
ataraq türklük, eyni zamanda Azərbaycan milli ideyası
(azərbaycanlılıq) şüurunu yaşadanlar bugünkü Azərbaycanın
milli varlığının müqəddəs örnəkləridir. Məhz onların
mücadiləsi, son nəfəslərinə qədər türklük və azərbaycanlılıq
üçün apardıqları mübarizə nəticəsində, SSRİ rejimi
Azərbaycanda milli şüurun tamamilə məhv olunmasına nail
ola bilmədi.
Ancaq onu da etiraf etməliyik ki, antitürk, antiazər-
baycan SSRİ ideoloqları milli şüurun türklük və
azərbaycanlılıq istiqamətində formalaşması yolunda ciddi
zədələrə yol aça bildilər. Özəlliklə, türklük və azərbaycanlılıq
şüurunun
əsas
daşıyıcılarının
(H.Cavid,
Ə.Cavad,
B.Çobanzadə və b.) repressiya və mənəvi terrora məruz
qalması milli şüur açısından çox ağrılı olmuşdur. Qeyd edək
ki, məhz milli şüurun əsas daşıyıcılarını məhv etmək üçün
SSRİ rejimi ilk dövrlərdə müəyyən mənada onlara milli
varlıqlarını və dini kimliklərini ifadə etmək üçün bilərəkdən
«şərait» yaratmışdır. Bununla da, SSRİ rəhbərliyi müəyyən bir
zaman kəsiyində müəyyənləşdirməyə çalışmışdır ki, milli
aydınlardan kimlər öz yolundan dönəcək, kimlər isə heç vaxt
|