MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə390/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   386   387   388   389   390   391   392   393   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

367 


dönməyəcəklər.  İlk  növbədə  də,  bu  repressiyalar  türklük  və 

azərbaycanlılıqdan dönməyənlərə qarşı həyata keçirilmişdir. 

Bu  zaman  yalnız  fiziki  repressiya  həyata  keçirilmə-

mişdir.  Əslində  fiziki  repressiya  SSRİ  rəhbərləri  və 

ideoloqları  üçün  məsələnin  yalnız  bir  tərəfi  idi.  Onların  əsas 

məqsədi  Azərbaycan  insanının  türklük,  islamlıq  və 

azərbaycanlılıq  ideyalarına  əsaslanan  milli  şüurunu  məhv 

etmək,  onun  yerində  tamamilə  yeni  bir  nəsil  yetişdirmək  və 

yeni  bir  ictimai  şüur  formalaşdırmaq  idi.  Elə  bir  nəsil  ki, 

türklüyə,  islamlığa  və  azərbaycanlılığa  tamam  başqa  gözlə, 

başqa  şüurla  baxsın.  Bir  sözlə,  bu  xalq  milli  kimliyinə  və 

dininə  nifrətlə,  Azərbaycana  isə  «gəlmə»  millət  ruhunda 

böyüdülsün.  Bunun  üçün  də,  əvvəlcə  türkçülük  və 

azərbaycançılığın  əsas  daşıyıcıları  olan  milli  ziyalılar 

repressiya olundular. 

Ancaq  həmin  dövrdə  SSRİ  rəhbərliyi  üçün  yalnız 

türkçülüyün  əsas  daşıyıcıları  deyil,  marksizmə  münasibətdə 

onlarla  bir  sırada  yer  tutan,  ancaq  milli  kimlik  və  milli  dil 

məsələsində  türklükdən  çıxış  edənlər  də  təhlükəli  idilər.  Bu 

baxımdan SSRİ rejimi ikinci növbədə də olsa, onları da təftiş 

etdi. Bunun ilk qurbanlarından biri N.Nərimanov, daha sonra 

R.Axundov, Ə.Qarayev və başqaları oldular. 

Deməli,  sovet  ideoloqları  üçün  N.Nərimanovun, 

R.Axundovun  və  başqalarının  siyasi  ideologiya  baxımından 

kommunist  və  ateist  olması  yetərli  deyildi.  Rus  bolşeviklər-

inin  fikrincə,  onlar  milli  kimlik  baxımından  da  özlərini 

kommunist,  yaxud  da  sovet  beynələmiləlçisi  hesab  etməli 

idilər. Başqa sözlə, rus bolşevikləri üçün türk kimliyi və türk 

dili  belə  SSRİ  imperiyasının  gələcəyi  üçün  təhlükə  hesab 

olunurdu. Bu isə, birbaşa milli şüur məsələsi ilə bağlı idi. Rus 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   386   387   388   389   390   391   392   393   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin