MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə398/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   394   395   396   397   398   399   400   401   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

375 


çıxması  ilə  milli  şüurun  formalaşması  prosesi  yeni  bir  çalar 

daşıya  bilər.  Daha  doğrusu,  əgər  vətəndaş  cəmiyyətinin, 

modernləşmənin  «üçlük»dən  daha  vacib  olması  qənaətinə 

gəlinərsə,  yaxud  da  gəlinirsə  bu  zaman  milli  şüurun  öz 

mahiyyətindən  xeyli  dərəcədə  kənara  çıxması  baş  verə  bilər. 

Çünki vətəndaş cəmiyyəti üzərində formalaşan şüur daha çox 

beynəlmiləl,  müəyyən  mənada  kosmopolit  şüurdur.  Digər 

tərəfdən,  vətəndaş  cəmiyyətinin  özünə  olan  münasibət  və 

onun tətbiqi forması birmənalı deyildir. Belə ki, sözün həqiqi 

mənasında  vətəndaş  cəmiyyəti  modeli  uyğulanarsa,  müəyyən 

mənada  o,  milli  şüurla  uzlaşdırıla  bilər.  Ancaq  bu  formal 

şəkildə baş verərsə məsələ tamamilə başqa rəng alar. 

Burada  incə  məqam  odur  ki,  beynəlmiləl  ideyalara 

(liberalizm,  demokratiya,  vətəndaş  cəmiyyəti  və  s.)  hər  bir 

millət  öz  adət-ənənələri  və    mədəniyyəti  mövqeyindən 

yanaşır.  Bu  zaman  millətin  milli  şüurunun  inkişaf 

səviyyəsindən  asılı  olaraq  beynəlmiləl  ideyalar  və  milli 

ideyaların  birgə  mövcudluğu  da  mümkündür.  Bu  mənada, 

milli  demokratiya,  milli  liberalizm,  milli  sosial-demokratiya 

anlayışları da siyasi-ideoloji ədəbiyyatda özünə yer tapmışdır. 

Deməli, beynəlmiləl  ideya hesab edilən hər hansı ideyaya, o 

cümlədən vətəndaş cəmiyyətinə «milli» don geyindirmək (rus 

bolşevizmi,  alman  milli  sosializmi-faşizm,  amerikan 

demokratiyası,  ingilis  liberalizmi,  isveç  sosializmi  və  s.) 

mümkündür.  

Ancaq  onu  da  unutmaq  lazım  deyil  ki,  beynəlmiləl 

ideyaları milliləşdirmək heç vaxt birmənalı qarşılanmamışdır. 

Xüsusilə, «sollar» və «sağlar» beynəlmiləl ideyaların milliləş-

dirilməsinin  əleyhinə  olmuşlar.  Belə  ki,  «sollara»  görə 

demokratiya, 

liberalizm 

və 


bu 

kimi 


ideyaların 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   394   395   396   397   398   399   400   401   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin