MahirəNərimanqızı


Çağdaş  dövrdə  milli  şüur  və  beynəlmiləl  şüur



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə395/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   391   392   393   394   395   396   397   398   ...   614
Çağdaş  dövrdə  milli  şüur  və  beynəlmiləl  şüur. 

Fikrimizcə, indiki dövrdə yaşananlar, 20-ci əsrin əvvəllərində 

baş  verən  proseslərin  yeni  bir  formada  təkrarıdır.  Burada 

söhbət tarixin təkrarından deyil, müxtəlif tarixlərdə baş verən 

hadisələrin oxşar cəhətlərindən gedir.  



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

372 



372 

Belə  ki,  rus  imperiyası  təfəkkürünün  daşıyıcıları  o 

vaxtda  da,  indinin  özündə  də  Azərbaycanda  türklük  və  milli 

azərbaycanlılıq  şüurunun  formalaşmasına  bacardıqları  qədər 

əngəl olmuşlar. Bu işdə isə, onlarla həmişə eyni mövqe tutan 

fars  şovinistləri  olmuşlar.  Hazırda  isə  eyni  mövqeni  davam 

etdirən  İrandakı  fars-molla  rejimidir.  Hər  iki  antiazərbaycan, 

antitürk  qüvvələr  daima  Azərbaycanda  milli  şüurun  forma-

laşmasına  qarşı  çıxmışlar.  Onlar  bunu  həyata  keçirmək  üçün 

vaxtilə ermənilərdən, indi isə ermənilərlə yanaşı, digər qeyri-

türk etnoslardan da istifadə etməyə çalışırlar.  

Milli  ideoloqlar  bu  problemləri  önləmək  üçün  vaxtilə 

bir  Türk  dövlətinə  «Azərbaycan»  adını  verdilər  ki,  türk  də, 

talış  da,  ləzgi  də,  udin  də,  tat  da  və  başqa  etnoslar  da  onu 

özlərinə  vahid  Vətən  və  Dövlət  bilsinlər!  Ancaq  ermənilər 

rusların  əli  ilə  bu  birliyə  xəyanət  etdilər,  Vətənimizin  bir 

hissəsini Rusiyanın və rus əsgərinin birbaşa hərbi yardımı ilə 

işğal  etdilər.  Deməli,  ilk  növbədə  ermənilər  azərbaycanlılıq 

şüuruna  qarşı  çıxmışlar.  Ermənilərin  bu  xəyanətlərinin 

arxasında  rus  imperiyası  təfəkkürünün  daşıyıcıları  dayandığı 

üçün  hər  şey  bəllidir.  O  vaxtda  da,  bu  günün  özündə  də  rus 

şovinist ideoloqlar üçün milli dövlətlər və milli dövlətdə milli 

şüurlar  qəbul  edilməzdir.  Çünki  hər  millətin  müstəqil  milli 

şüura  malik  olması  imperiya  təfəkkürü  ilə  üst-üstə  düşmür. 

Bunun  qarşısını  almaq  üçün  rus  imperialistləri  və  fars 

şovinistləri milli dövlətlərdə «parçala və hökm sür!» faktorun-

dan həmişə geniş şəkildə istifadə etmişlər. 

Milli dövlətlərdə bölücülüyü həyata keçirmək üçün bu 

antiazərbaycan,  antitürk  dairələr  bir  tərəfdən  «beynəlmiləl» 

ideyalardan (avrasiyaçılıq, «şiə islamçılığı» və s.), digər tərəf-

dən  isə  qeyri-türk  etnoslardan  istifadə  etməyə  çalışmışlar. 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   391   392   393   394   395   396   397   398   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin