MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə403/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   399   400   401   402   403   404   405   406   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

379 


ondan  bir  qədər  fərqli  formada  baş  vermişdir.  Guya, 

sosializmin digər ölkələrdə (Ukrayna, Azərbaycan, Gürcüstan 

və b.) Rusiyadan bir qədər fərqli şəkildə baş verməsinə səbəb 

isə, həmin millətlərin kommunizmə nə dərəcədə hazır olması 

səviyyəsi,  ictimai-iqtisadi  formasiya  quruluşu,  kütlənin  şüur 

səviyyəsi,  bir  sözlə  milli  özünəməxsusluqla  bağlı  olmuşdur. 

Ancaq bütün hallarda, guya bu ölkələrdə də sosializm inqilabı 

baş  vermiş,  fəhlə  və  kəndlillər  milli  burjuaziyanı  devirərək 

hakimiyyəti ələ almışlar.  

Bu zaman rus bolşeviklərinə əsas lazım olan o idi  ki, 

öz əlləri ilə yıxdıqları milli dövlətlərdə (Ukrayna, Azərbaycan, 

Gürcüstan  və  b.)  sözdə  «sosialist  dövlətləri»nin  yaradıldığını 

əsaslandırsınlar. Bundan sonra həmin «sosialist dövlətlərə» bir 

«milli» 


sözünü 

əlavə 


etmək 

işğalçılıq 

siyasətini 

pərdələməkdən  başqa  bir  şey  deyildi.  Bu  zaman  ədəbiyyatda 

formaca milli, məzmunca kommunist-sosialist mütəfəkkirlərin 

(Nizami, Nəsimi, Axundzadə və b.) axtarışına çıxılması həmin 

siyasətin  tərkib  hissəsi  idi.  Bütün  hallarda    yerlərdəki  «milli 

sosializm»  inqilabı  ruslaşdırmaq,  rus  imperiyasını  bərpa 

etmək ideologiyasından başqa bir şey deyildi. 

Bəlkə  də,  marksizm  banilərinin  kommunizm  ideyası 

rus  bolşeviklərinin  əlində  imperiya  alətinə  çevrilməsəydi, 

keçmiş  SSRİ    xalqlarında  ona  münasibət  bu  dərəcədə  mənfi 

olmazdı.  Başqa  sözlə,  marksistlərin  kommunizmini  rus 

bolşevikləri  zoraklıqla  sırıdığı  üçün    keçmiş  SSRİ-nin 

tərkibində  olmuş xalqlarda,  o  cümlədən  Azərbaycan  xalqının 

yeni  nəslində  (köh-nə  nəslin  əksəriyyəti  bu  məsələyə  fərqli 

yanaşır)  ona  qarşı  qıcıq  var.  Əslində  bu  qıcıq  daha  çox  «rus 

kommunizmi»  ilə  bağlıdır,  nəinki  marksizm  banilərinin 

kommunizm məfkurəsi ilə. Hər halda, marksizmin banilərinin 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   399   400   401   402   403   404   405   406   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin