Kommunizm və milli şüur. Öncə, kommunizmin
Azərbaycanda və digər keçmiş SSRİ ərazilərində nə cür tətbiq
olunması məsələsinə diqqət yetirək. Rus bolşevikləri 1917-ci
ildə Rusiyada hakimiyyəti ələ aldıqdan sonra əvvəlcə bütün
millətlərə azadlıq vəd etdiyi, hətta bunu yazılı şəkildə bəyan
etdiyi halda, çox keçmədi ki, kommunizm məfkurəsindən
işğalçılıq siyasəti kimi istifadə etməyə başladılar. Ancaq
bunun yalnız birtərəfli, yəni beynəlmiləl formada həyata
keçirilməsinin mümkünsüzlüyünü anlayan rus bolşevikləri
kommunizmə «milli forma» da verməyə başladılar. Başqa
sözlə, onlar Marks və Engelsin kommunizm məfkurəsini rus
milli maraqlarına uyğun şəkildə digər millətlərin şüurlarına
yeritmək üçün sosializm ideyasına «milli» don geyindirməyə
çalışdılar. Rus bolşevikləri kommunizm məfkurəsinin «milli»
mahiyyətini belə izah edirdilər: formaca milli, məzmunca
sosialist. Kommunizm ideyasına «milli» don geyindirməkdə
onların məqsədi qeyri-rus millətlərinin şüurunu dolaşdırmaq
və kölə halına gətirmək idi. Başqa sözlə, rus bolşevikəri qeyri-
rus millətlərini, özəlliklə türk xalqlarını zor-xoş inandırmaq
istəyirdilər ki, yalnız ruslar arasında deyil, guya Azərbaycan
türkləri, Türküstan türkləri, ukraynalılar və başqa xalqların
həyatında da sosializm inqilabı baş vermişdir. Sadəcə, Rusiya-
da sosializm inqilabı bir, Azərbaycanda digər, Ukraynada isə
|