MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə399/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   395   396   397   398   399   400   401   402   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

376 



376 

milliləşdirilməsi onların bəşəri mahiyyətinə xələl gətirir. Yəni 

onların  əsil  mahiyyətindən  uzaqlaşmasına  səbəb  olur. 

Şübhəsiz,  bu  məsələdə  «sollar»  müəyyən  qədər  haqlıdırlar. 

Çünki bu zaman hər hansı bir ölkədə mövcud olan hakimiyyət 

mövcud  olan  problemləri  həll  etmək  əvəzinə,  dünyanı  və  öz 

cəmiyyətini  «milli demokratiya» pərdəsi altında aldatmağa da 

çalışa bilər. Bir qədər də dərinə getdikdə hakim qüvvə bəyan 

edə  bilər  ki,  hər  bir  xalqın  demokratiyası  onun  adət-

ənənələrinə  və  mədəniyyətinə  uyğundur.  Bu  mənada,  başqa 

ölkələr bizim daxili işimizə qarışa bilməz və s. 

Yeri gəlmişkən, «sağlar» da «sollar» kimi beynəlmiləl 

ideyaları  birmənalı  şəkildə  qəbul  etmirlər.  «Sağlar»a  görə, 

beynəlmiləl  ideyalarda  öz  əksini  tapan  müddəaları  kənarda 

deyil, ya millətin öz adət-ənənələrində,  ya da dini dəyərlərdə 

axtarmaq  lazımdır.  Xüsusilə,  dini  ideydan  çıxış  edənlərin 

fikrincə,  xristianlıq  və  islamlıq  özü  beynəlmiləl  ideyalardır. 

Məsələn,  müsəlman  din  xadimlərinə  görə  demokratiya, 

liberalizm,  vətəndaş  cəmiyyətinə  aid  müddəaların  bir  çoxu 

Quranda  vardır.  Ona  görə  də  Qərbin  məhsulu  olan  bu  cür 

ideyaların müsəlman ölkələrində tətbiqinə  ehtiyac yoxdur.  

Fikrimizcə,  yalnız  milli-demokratik  məfkurədən  çıxış 

edən  qüvvələrin  beynəlmiləl  və  milli  ideyalara  münasibəti 

daha obyektiv olmuşdur. Belə ki, milli-demokratik məfkurəni 

təmsil  edən  qüvvələr  milli  varlıqlarını  ifadə  etmək  və 

yaşatmaq  üçün  «sol»-radikal  beynəlmiləl  və  «sağ»-

mühafizəkar  ideyalar  arasında  ortaq  nöqtələr  tapmağa 

çalışmışlar. Xüsusilə də, dini kimliklərindən asılı olaraq ayrı-

ayrı  millətlər    (fransız,  ərəb,  türk,  alman,  yapon  və  b.) 

çalışmışlar  ki,  bu  məsələlərdə  mərkəzi  mövqe  tutsunlar. 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   395   396   397   398   399   400   401   402   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin