www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
386
386
Demək istədiyimiz əsas məsələ odur ki, cəmiyyətin
şüurunu əvvəlcə demokratiyaya, vətəndaş cəmiyyətinə köklə-
mək, onun əsil mahiyyətini çatdırmaq daha sonra ona keçid
etmək lazımdır. Bu isə, bütün hallarda milli şüuru normal
səviyyədə olan cəmiyyətlər üçün xarakterik ola bilər. Bizə elə
gəlir ki, Azərbaycan cəmiyyəti hər iki halda – həm demokratik
təfəkkürə hazırlıq, həm də milli şüurun üst səviyyydə olması
baxımından hələlik, buna hazır deyildir.
Əlbəttə, bunun əksini iddia edənlər də ola bilər, hətta
bellələri vardır da. Ancaq bu fikirdə olanların xeyli qisminin
bunda nə dərəcədə obyektiv olması və elmliyə əsaslanması
özü də birmənalı deyildir.
Bu baxımdan formal olaraq vətəndaş cəmiyyətinin
müddəalarını konstitusiyaya salmaq hətta, real həyatın bəzi
sahələrində tətbiq etmək olar. Ancaq ictimai şüur baxımından
bunun dərki, onun mahiyyətinin reallıqla inikası çox fərqlidir.
Biz bir şeyi bir formada görə, hətta səmimi şəkildə həyata
keçirmək niyyətində də ola bilərik. Ancaq kütlənin əksəriyyəti
onu dərk etmirsə, dərk etmədiyi müddəaları kor-koranə qəbul
edirsə, bu vətəndaş cəmiyyətinə keçid deyil, öz-özünü
aldatmaqdır. Əgər iddia olunursa ki, vətəndaş cəmiyyətində
insanlar qanunlara görə deyil, insanlıqlarına görə hərəkət
edirlər, bu zaman kütlənin şüurunun səviyyəsi qanunların
üstündə olmalıdır. Halbuki keçmiş SSRİ xalqlarının
əksəriyyətində qanunlarının mövcudluğu şəraitində belə
insanların əksəriyyəti reallıqları fərqli şəkildə dəyərləndirirlər.
Xüsusilə, Azərbaycan cəmiyyətində demokratiya və
vətəndaş cəmiyyəti haqqında, sözün həqiqi mənasında, tam və
geniş təsəvvür yoxdur. Bu məsələ ilə bağlı daha çox
nəzəriyyələr və informativ bilgilər üstünlük təşkil edir. Bütün
|