www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
384
384
müstəmləkəçilik mühitində və təhsilində deyil, müstəqil
Azərbaycan mühitində və təhsilində bu anlayışları
mənimsəməsi də vacib amillərdəndir. Məsələn, Azərbaycan
Cümhuriyyəti dövründəki millətçi demokratlarla tanışlıq,
onların ideyalarının öyrənilməsi yeni nəslin şüurunun
formalaşmasında xeyli dərəcədə müsbət təsir göstərir. Yeni
nəsil anlayır ki (hamısı olmasa da), yaxın tarixdə demo-
kratiyaya və «rus kommunizmi»nə münasibətdə onların ata-
babaları hansı yolu tutmuşlar! Deməli, sovet nəslindən fərqli
olaraq yeni nəslin bu ideyaları müqayisə etmək şansları da
var.
Gördüyümüz kimi, XX əsrdə beynəlmiləl ideya olan
iki ideya xəttinə münasibətdə sovet və yeni nəsil arasında nə
qədər ziddiyyətlər mövcuddur. Bu cür ziddiyyətlərin mövcud-
luğu, üstəlik modernəlşmə, postmodernləşmə və vətəndaş cə-
miyyəti ideyalarının da yayıldığı bir dövrdə milli şüurun asan
şəkildə formalaşması prosesinin həyata keçirilməsi mümkün
deyildir. Ən azı ona görə ki, Azərbaycan xalqı «rus kommun-
izmi»ndən tamamilə qurtulub milli demokratiyaya uyğunlaş-
madığı bir dövrdə, yeni ideyaların da təsirinə məruz qalır. Bu
isə, istər-istəməz milli şüurun formalaşması prosesinə əngəl
olur.
Milli şüurun formalaşması prosesinin ləngiməsi
fonunda, buna alternativ olaraq Azərbaycan cəmiyyətində
kənar ideyalar və ona uyğun qeyri-milli şüur formaları
toplumun ayrı-ayrı təbəqələrinə bu və ya digər dərəcədə təsir
göstərir. Çünki milli şüuru istənilən səviyyədə olmayan
insanlar istər-istəməz alterantiv ideyaların ya təsirinə məruz
qalır, ya da özləri kənar ideyalara meyil göstərirlər. Bu,
xüsusilə gənc bir dövlət üçün çox təhlükəlidir.
|