www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
388
388
cəmiyyəti modelini tam anlamayan bir cəmiyyətdə istər-
istəməz əks reaksiyalar yaranacaqdır. Ola bilsin ki, bu əks
reaksiyalar ilk dövrlərdə ciddi şəkildə özünü büruzə verməsin.
Lakin zaman keçdikcə vəziyyət dəyişə bilər. Bu hal, bütün
cəmiyyətlər üçün keçərlidir. Yəni heç bir cəmiyyət bundan
sığortalanmamışdır.
Bu əks reaksiyaların mahiyyəti də eyni deyildir. Yəni
əks reaksiyalar cəmiyyətin inkişafı baxımından müsbət də,
mənfi də ola bilər. Baxır kimlər, hansı dairələr, hansı mənada
əks reaksiyalar verirlər. Əlbəttə, cəmiyyətin sağlam düşünən
beyininin əks reaksiyaları ortada olan səhvləri aradan
qaldırmaq, yəni toplumda öncə milli yaddaş şüurunu bərpa
etmək, milli-demokratik ruhu yüksəltmək və bunun sonunda
vətəndaş cəmiyyəti ilə uzlaşdırma tapmaqla bağlıdır. Yəni
milli mənəvi dəyərləri qorumaqla yanaşı, zəmanənin çağdaş
tələblərini də nəzərə almaq lazımdır.
Ancaq milli şüurun daşıyıcılarından fərqli olaraq dini
şüurun və beynəlmiləl şüurun radikal tərəfdarları demokratiya,
vətəndaş cəmiyyəti ideyalarına tamamilə fərqli yöndən
yanaşırlar. Birincilər demokratiya, vətəndaş cəmiyyəti
ideyalarını yaxına buraxmadıqları halda, ikincilər isə həmin
ideyaları həddən artıq ideallaşdırırlar. Bununla da, hər iki tərəf
cəmiyyət daxilində özlərinə tərəfdar qazanmağa çalışır. Bu,
çox düşündürücü məsələdir. Bu mənada, milli şüur, vətəndaş
cəmiyyəti və modernləşmə arasındakı oxşarlıq və
ziddiyyətlərlə yanaşı, dini şüur və vətəndaş cəmiyyəti,
modernləşmə arasındakı ziddiyyət və oxşarlıqları da
araşdırmaq lazımdır. Çünki hər bir cəmiyyət yalnız etnik
kimliyin deyil, eyni zamanda dini kimliyin də daşıyıcısıdır.
Ola bilsin ki, hər hansı beynəlmiləl ideya milli xüsusiyyətlərlə
|