MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə392/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   388   389   390   391   392   393   394   395   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

369 


beynəlmiləlçilik  yaxşı  ideya  hesab  olunardı.  Ancaq  bundan 

sui-istifadə edib biri o birsini əzirdisə, bu saxta beynəlmiləlç-

ilik idi.   

Hər  bir  insan,  vətəndaş  ilk  növbədə,  yaşadığı,  doğul-

duğu  Vətənin,  tapındığı  Dinin,  və  təmsil  olunduğu  Millətin 

nümayəndəsidir.  Yalnız  bunları  dərk  edəndən  sonra  bəşəri 

ideyalardan  çıxış  edilə  bilər.  Necə  ola  bilər  ki,  kimsə  doğul-

duğu  andan  kosmopolit  olub  qeyri-müəyyən  bir  dildə 

danışsın.    Bu,  normal  olaraq  mümkün  deyil.  Bəşəri 

ideyalardan H.Cavid də, Ə.Cavad da başqası da yaza bilər və 

yazıblar  da.  Yer  kürəsi  burada  yaşayan  bütün  insanların 

vətənidir.  Ancaq  birinci  insanın  doğulduğu  ərazi  onun 

vətənidir. İlk növbədə, hər bir insan üstündə yaşadığı Vətənin, 

təmsil olunduğu Millətin və Dinin dəyərini bilməlidir. Bundan 

sonra bəşəri ideyalarla çıxış etməsi normaldır.  

Bu  baxımdan  SSRİ  ideoloqları  sözün  həqiqi 

mənasında  beynəlmiləlçilikdən  çıxış  etməmişlər.  Onlar  üçün 

kommunizm,  beynəlmiləlçilik,  xalqlar  dostluğu  ideyaları  ilk 

növbədə  vətən,  millət,  din  anlayışlarını  insanların  şüurundan 

çıxartmaq üçün bir ideoloji silah olmuşdur. Uzun müddət bir 

nəslin  şüuruna  hər  gün,  hər  saat,  hər  dəqiqə  eyni 

informasiyalar yeridilərsə, eyni sözlər təkrarlanarsa bu gec-tez 

öz  təsirini  göstərəcəkdir.  SSRİ  ideoloqları  Azərbaycan  işğal 

olunduqdan  sonra  addım-addım  məhz  milli  şüuru  aradan 

qaldırmağa və onu «sovet şüur»u ilə  əvəz etməyə çalışmışlar. 

Maraqlıdır  ki,  beynəlmiləlçi  əsaslı  «sovet  şüuru» 

formalışdırılarkən  yenidən  repressiya  olunmuşlara  müraciət 

edilmiş, hətta onlara bəraət verilmiş, günahsız olmaları barədə 

məhkəmə  qərarları  çıxarılmışdı.  Ona  görə  yox  ki,  SSRİ 

rəhbərləri  fiziki  cəhətdən  repressiya  edib,  mənəvi-ruhi 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   388   389   390   391   392   393   394   395   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin