www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
371
başladı. Çünki fiziki repressiyalar nəticəsində 1920-1930-cu
illərdəki «pantürkçü», «panislamçı» adı ilə damğalanmış milli
aydınlardan əsər-əlamət qalmamışdı. Onların əvəzində əsasən
türklüyə, islamlığa az qala tamamilə yad gözü ilə baxan yeni
bir ziyalı təbəqəsi və həmin təbəqənin də təmsil olunduğu
Sovet Azərbaycanı nəsli yetişmişdi. Bununla da, Sovet
Azərbaycanın ziyalısı və nəsli ilə 1930-cu illərə qədərki milli
ziyalılar və nəsil arasında bağ əsasən qırılmış, aralarında bir
uçurum yaradılmışdı. Bu uçurum zaman-zaman daha da
dərinləşdirilmiş, bunun da nəticəsi olaraq Azərbaycan xalqının
türklüyə, islamlığa, milli azərbaycanlılığa əsaslanan milli
şüuru ciddi şəkildə zədələnmişdir.
Bu baxımdan SSRİ dövründə əvvəlcə milli aydınların
nüfuzuna ağır zərbə vuruldu. Onların əksəriyyəti istər mənəvi,
istərsə də fiziki cəhətdən məhv edildi. Çünki əvvəlcə sovet
ideoloqlarının qarşısında əsas məqsəd milli aydını məhv
etmək idi. Bununla da cəmiyyətdə sözün həqiqi mənasında,
milli aydın olmaq çox qorxulu idi. Sovet ideoloqları yalnız
1950-ci illərdən başlayaraq ziyalının nüfuzunu bərpa etməyə
başladılar. Ancaq bu nüfuzun bərpası millilik deyil, sovet
beynəlmiləlçiliyi üzərində quruldu. Yəni burada diqqət
çəkmək istədiymiz əsas məqam odur ki, SSRİ dövründə milli
aydın nüfuzunun məhvindən sonra Azərbaycan cəmiyyətində
sovet ruhlu ziyalı formalaşdırılmağa başlandı.
Dostları ilə paylaş: |