www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
364
364
sui-istifadə etmədiyini və bu gənc dövlətdə türk, qeyri-türk
bütün vətəndaşların eyni hüqüq və azadlıqlara malik olduğunu
da yaxşı dərk edirdilər. M.Ə.Rəsulzadə parlamentdəki
çıxışlarında, eləcə də Cümhuriyyətə həsr etdiyi bir çox
əsərlərində bu məsələni dəfələrlə vurğulamışdır. Milli
ideoloqumuz haqlı olaraq yazırdı ki, bu Cümhuriyyət türk və
qeyri-türk bütün Azərbaycan vətəndaşlarının Vətəni və
Dövlətidir, burada hamı eyni hüquqlara malikdir [188, 40].
Milli şüur məsələsində Türk və Azərbaycan anlayış-
larının ayrıca bir yeri var. Türklük və azərbaycanlılıq bir
tamdır. Çünki əsrlər boyu biri (türklük) o birini (azərbaycan-
lılığı) tamamlamış, bununla da bütövlük şüurunu-milli
şüurunu daima mühafizə etmişlər. Ona görə də, Cümhuriyyət
dövründə də azərbaycanlılığın bir tərəfdən türk etnoslarını,
digər tərəfdən türk olmayan etnosları özündə birləşdirməsi
təbii bir proses olmuşdur. Çünki azərbaycanlılıq türklük,
türklük isə azərbaycanlılıq demək idi. Bu baxımdan
azərbaycanlılıq qədər türklük də bütün azərbaycanlılar üçün
birləşdirici simvollardan biri idi. Türklük demək talışa,
ləzgiyə, kürdə, udinə və başqa etnoslara qardaşlıq, birlik,
bərabərlik, bir sözlə azərbaycanlılıq demək idi.
Bununla da Azərbaycanda milli mənsubiyyətindən,
dinindən, siyasi dünyagörüşündən asılı olmayaraq vətəndaş
həmrəyliyli yaranmışdı. Çünki milli ideoloqlarımızın irəli sür-
düyü Azərbaycan milli ideyası-azərbaycanlılıq şüuru heç
zaman türklük şüurundan ayrı təsəvvür edilməmişdir. Əksinə,
türklük olmadan, azərbaycanlılığın heç bir məna və mahiyyətə
malik olmayacağını türklər də, azsaylı etnoslar da yaxşı
anlayırdılar. Ona görə də Azərbaycan Sovet Rusiyasının işğal-
ına məruz qaldığı dövrdə və sonralar Azərbaycan türkləri ilə
|