MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə385/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   381   382   383   384   385   386   387   388   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

363 


ların da dil və mədəniyyətləri nəzərə alınmalıdır. Bunun üçün 

isə dini dəyərlər və dövlətçilik vacib amillərdəndir.  

Azərbaycan  Cümhuriyyəti  dövründə  türkçülüyün 

aparıcılığı qəbul edilməklə yanaşı, dini dəyərlərin qorunması, 

demokratiyanın  təmin  edilməsi  və  dövlətçiliyin  möhkəmlən-

dirilməsi  üçün  azərbaycanlılıq  şüuru  və  onun  nəticəsi  olaraq 

Azərbaycan  milli  ideyası  (azərbaycançılıq)  irəli  sürüldü. 

Hətta,  azərbaycançılığı  ictimai  şüurda  formalaşdırmaq  üçün 

Türk  milləti,  Türk  dili,  Türk  teatrı,  Türk  mədəniyyəti  ilə 

yanaşı,  Azərbaycan  Türk  milləti,  Azərbaycan  türk  dili, 

Azərbaycan  türk  teatrı  və  s.  anlayışlardan  da    istifadə 

olunurdu.  Bununla  da  Azərbaycan  Cümhuriyyətinin  yalnız 

türklərin  deyil,  burada  yaşayan  türk  və  qeyri-türk  etnosların 

dövləti  və  vətəni  olması    şüuru  formalaşmağa  başladı.  

Şübhəsiz,  bütün  bunlar  bir  tərəfdən  Azərbaycan  türklərinin 

min  illər  boyu  sahib  olduqları  dövlətçilik  ənənələrinin,  digər 

tərəfdən çağdaş dövrün tələblərinin təzahürü idi.  

Azərbaycan  Cümhuriyyətinin  ideoloqları  milli  şüurun 

formalaşması zamanı uzaqgörənliklə gördükləri işlərin nəticə-

sində  Azərbaycan  xalqının  şüurunda  dərin  iz  sala  bildilər. 

Cümhuriyyətin  iki  ilə  yaxın  mövcudluğu  dövründə  bütün 

Azərbaycan  vətəndaşlarının  şüurunda  bir  vətən,  dövlət  və 

milli  varlıq  şüuru  yarandı.  Azərbaycan  türkləri  qurduqları 

dövlətdə,  eləcə  də  milli  hökumətin    idarəçiliyində  azsaylı 

etnoslara və milli azlıqlara nə dərəcədə dəyər verirdisə, onlar 

da Azərbaycan Cümhuriyyətini bir türk dövləti olaraq səmimi 

şəkildə qəbul etməklə yanaşı, onu özlərinə bir vətən və dövlət 

kimi  də  görürdülər.  Deməli,  onlar  Azərbaycan  Cümhuriy-

yətinin  yaranmasında  türkçülüyün  əhəmiyyətini  başa 

düşürdülər.  Eyni  zamanda,  Azərbaycan  türklərinin  bundan 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   381   382   383   384   385   386   387   388   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin