www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
362
362
Rəsulzadənin bu tarixi çıxışı göstərir ki, həmin dövrdə
milli şüur artıq qalib bir vəziyyətə gəlmişdir. Ancaq onun bu
qalibiyyəti istər sosial-demokrat cildinə girmiş rus
bolşeviklərini və onların Azərbaycandakı əlaltılarını, istərsə
də «Rusiya müsəlmanlarının birliyi» xülyası ilə yaşayan, bu
mənada
Rusiya imperiyasının dağılmasını istəməyən
ittihadçıları müəyyən mənada narahat edirdi. Xüsusilə, rus
bolşevikləri Azərbaycanda milli şüurun qələbəsini həzm edə
bilmirdilər. Çünki milli şüur ilk növbədə türklüyə, daha sonra
islami və demokratik dəyərlərə əsaslanırdı. Beləliklə, bunların
vəhdəti olaraq Azərbaycan milli ideyası, yəni azərbaycanlılıq
şüuru da yaranmış olurdu.
Azərbaycanlılıq şüuru dil birliyi, qan birliyi (genetik
amil) və mədəniyyət birliyinə əsaslanan türkçülüklə yanaşı,
İslam, Vətən və Dövlət şüurunu da özündə əks etdirirdi.
Yuxarıda da qeyd etdiyimiz kimi, türkçülük milli şüurun əsas
xətlərindən biri və birincisidir. Ancaq müxtəlif etnosların
yaşadığı bir ölkədə yalnız nəsil-qan birliyindən çıxış etmək
heç də asan deyildir. Bu o deməkdir ki, dil, mədəniyyət və
qan-nəsil (etnos) birliyi daha çox milli dövlət yaranana qədər
aparıcı mövqe daşıya bilər.
Dostları ilə paylaş: |