www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
425
məsuliyyət daşıyırlar. Şübhəsiz, ilk növbədə də Milli Şuranın
həmin iclasında (1918, 29 may) iştirak etmiş və bu qərarın lehinə
səs vermiş üzvləri. Bu mənada, Rəsulzadə və onun kimi həmin
iclasda iştirak etməyən Milli Şura üzvləri yalnız onlardan sonra,
müəyyən mənada günahkar qismində çıxış edə bilərlər.
Halbuki Rəsulzadə Milli Şuranın sonrakı iclaslarında
«İrəvanın Ermənistana güzəştə gedilməsi»nin əleyhinə çıxış
etmişdir. Yəni Milli Şuranın həmin qərarını pisləmiş və buna
etiraz etmişdir. Yeri gəlmişkən, eyni addımı Milli Şuranın
İrəvandan olan 3 üzvü də atmışdır. Deməli, əgər indi kimlərsə
«satqın» və «xəyanətkar» tapmaq istəyirlərsə, istənilən halda
Rəsulzadəni əsas günahkar kimi ittiham etmək mümkün
deyildir. Fikrimizcə, bunu, «İrəvanın Ermənistana güzəştə
gedilməsi»ndə Rəsulzadəni əsas günahkar rolunda ittiham
edənlər və təbliğ edənlər də yaxşı anlayırlar. Başqa sözlə,
burada məqsəd «İrəvanın Ermənistana güzəştə gedilməsi»ndə
Rəsulzadənin əsas rol oynamasını sübut etməkdən daha çox
cəmiyyət daxilində, xüsusilə gənclər arasında onun haqqında
mənfi rəy, mənfi imic yaratmaqdır.
Çünki bir çox hallarda kütlə, o cümlədən gənclər məsələnin
əsas mahiyyətinə deyil, ümumi mənzərəyə nəzər salırlar. Ümumi
mənzərə də ondan ibarətdir ki, məhz Azərbaycan
Cümhuriyyətinin rəhbərləri İrəvan ermənilərə güzəştə getmişlər.
Üstəlik nəzərə alsaq ki, Rəsulzadə həmin Cümhuriyyətin lideri
hesab olunur, artıq əsas günahkar rolunda onun göstərilməsi heç
də mənasız görünmür. Yəni bu müddəanı ortaya atanlar demək
istəyirlər ki, Azərbaycan Cümhuriyyətinin lideri, dövlət başçısı,
qurucusu və ideoloqu Rəsulzadə olmuşdusa, baxın onun dövlət
başçısı olduğu dövrdə İrəvan ermənilərə verilmişdir. Müxtəlif
yerlərdə, müxtəlif situasiyalarda müxtəlif adamların dilindən eyni
|