www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
427
Hətta, deyirlər ki, məsələn filankəslər Vətəni tərk edib heç hara
getmədilər, ancaq Rəsulzadə və başqaları xaricə mühacirət etdilər.
Bizə elə gəlir ki, burada bir neçə aydınlıq gətirilməsi vacib
məsələ var. Onlardan biri Rəsulzadənin Azərbaycandan hansı
şəkildə ayrılmasıdır. Belə ki, Rəsulzadə Sovet Rusiyasının 11-ci
Qızıl Ordusunın Azərbaycanı işğal etməyə başladığı tarixlərdə,
yəni 27 aprel işğalından bir az sonra Bakını gizli şəkildə tərk
edərək xaricə yox, İsmayıllıya-Lahıca üz tutmuşdur. Bir neçə ay
Lahıcda yaşayan Rəsulzadə bir təsadüf nəticəsində Rusiya
bolşeviklərinin əlinə keçərək Bakıya gətirilmişdir.
Rəsulzadə «Bir türk miliyyətçisinin Stalinlə ixtilal
xatirələri» əsərində bu hadisəni belə anladır: «Qızıl Ordunun
aktiv yardımı ilə məmləkət sovetləşdirilirdi. Yəni sözdə Sovet
Azərbaycanı Cümhuriyyəti ünvanı mühafizə edilirdisə, işdə
demokratik milli bütün müəssisələr ortadan qaldırılır, liderlər
təqib olunur, qızıl istila terroru hər tərəfi qovururdu. Fövqalədə
ixtilal məhkəməsi mənasına gələn «Çrezvıçayka» cəza makinəsi
(maşını) durmadan çalışır, gözdə bulunan bütün münəvvərlər
(aydınlar) biri-biri arxasından yaxalanaraq zindanlara atılır, bir
qismi də əlli-ayaqlı ortadan qeyb olurdular. Qızıl qasırğa
devirmədik milli bir müəssisə, kəsmədik bir şəxsiyyət buraxmadı.
Bu şərtlər daxilində bir müddət saxlandıqdan sonra əski
mücadilə arkadaşlarımdan mərhum Kazımzadə Abbasqulu bəylə
bərabər Bakını tərk etmiş, əski Şirvan vilayətinin mərkəzi Şamaxı
civarında Qafqaziya sıra dağları ətəyində Lahıc deyilən bir yerdə
gizlənmişdik. Bulunduğumuz yer bir sui-təsadüf nəticəsində kəşf
edilmiş, yaxalanaraq Bakıya geri gətirilmiş və o zaman Çeka
deyilən siyasi polis müəssisəsinin fövqalədə işlər şöbəsi olan
«Osobı otdel»ə təslim edilmişdik» [182, 26-27].
|