www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
429
ehtiyatlı davranmağı və Mərkəzdən gələn əmr əsasında hərəkət
etməyə üstünlük vermişlər.
Həmin dövrdə Rəsulzadənin toxunulmazlığında önəmli
amillərdən biri də Stalinlə bağlı olmuşdur. Tanınmış tarixçi
Mövsüm Əliyev bu haqda yazır ki, 1920-ci il aprel hadisələrindən
sonra Rəsulzadə Lahıcda həbsə alındı: «Onun tutulması xəbəri
həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz şəhərində olan
İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya
gələrək, XI Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-
in Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən
həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla, İ.V.Stalin
1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu
M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə
yetirdi» [188, 12]. Bu məlumatdan da bəlli olur ki, Rəsulzadənin
toxunulmazlığında əsas rolu Azərbaycan xalqı oynamışdır. Çünki
Stalin Rəsulzadənin həbsi xəbərini bir müddət sonra öyrənmiş və
həmin məsələyə müdaxilə etmişdir.
Yeri gəlmişkən, kimlərsə Stalinin Rəsulzadəni xilasından
ağızdolusu danışıdıqları halda, nədənsə eynisini Stalinə etmiş
Rəsulzadənin bu əməlini ya «unudurlar», ya da ötəri şəkildə
toxunurlar. Halbuki Rəsulzadənin həyatının o zamanlar xilası
mümkün olduğu halda, Stalin üçün belə bir şans ümumiyyətlə
qalmamışdır. Əlbəttə, əgər Rəsulzadə olmasaydı…
Sadəcə,
Rəsulzadənin
toxunulmazlığının
sonrakı
mərhələsində Stalin də mühüm rol oynamışdır. Bunu,
Rəsulzadə xatirələrində də açıq şəkildə ifadə etmişdir. Çünki
Stalin
Bakıda
həbsxanada
görüşərkən
Rəsulzadəyə
bildirmişdir ki, yerli kommunistlər onun haqqında iki
rəydədirlər: Rəsulzadə ya öldürülməli, ya da ömürlük həbs
edilməlidir. Ona görə də Stalin Rəsulzadəyə isə təklif edirdi
|