www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
437
Bu mənada, Rəsulzadə haqlı idi ki, bir çox zaman azərbay-
canlılar öz türklüklərini və türk soyundan gəldiklərini bilməyərək
xalis iranlı kimi özələrini hiss etmişlər. Ümumiyyətlə, bütün Türk
aləmi bəzi dövrlərdə İran mədəniyyətinin və elminin təsiri altında
olmuşlar. Bu mənada, Rəsulzadənin İran və Turan savaşlarına,
İranvə Turan mədəniyyətlərinin qarşılıqlı əlaqlərinə diqqət
yetirməsi də başa düşüləndir. Yəni burada söhbət Azərbaycan
xalqının həyatında fars atanın qanından deyil, İran mədəniyyətinin
və İran elminin təsirindən gedir. Bunu, Rəsulzadənin aşağıdakı
fikirləri də təsdiq edir: «Azərbaycan xalqında xoşbəxt bir həyat
yaşamaq üçün tarixə lazım olan sağlam bir türk qanı və canı
mövcud olduğu kimi, bu zəmində pöhrələyəcək gəlişmə fidanını
daha ziyadə verimli etmək üçün peyvənd vəzifəsini görəcək əski
bir İran irfanı vardı ki, saçı ağarmış əsrlərin əlində çox təcrübələr
keçmişdi» [188, 34]. Fikrimizcə, milli ideoloqun bunda haqlı
olmasında ən bariz nümunə M.F.Axundzadədir. Belə ki, türk qanı
daşımasına baxmayaraq özünü şüur baxımdan İran-Fars
mədəniyyətinə aid etmişdir. İlk dövrlərdə Ə.Ağaoğlu da İran-Fars
şiəliyinin təsiri altında olmuşdur.
Fikrimizcə, burada önəmli məsələ Rəsulzadənin türk
millətinin üstünlüyünü önə çəkməkdənsə milli birlikdən,
qardaşlıqdan, tolerantılıqdan, bütövlükdən çıxış etməsidir. Yəni
Rəsulzadə türklərin Azərbaycanda (şimalı-cənbulu) mütləq
çoxluğunu bildiyi halda, İran-Fars və Turan-Türk köklü Siyavuşu
bir örnək olaraq göstərməsi və mədəniyyətlərin müştərəkliyindən
bəhs etməsi istər o dövr üçün, istərsə də zəmanəmizdə ən doğru
addımdır. Bizə elə gəlir ki, Cəfərov diqqəti Rəsulzadənin
uzaqgörənliyinə yönəltmək əvəzinə, bunu tamamilə başqa mənada
yozmasının özü düşündürücüdür. Maraqlıdır, əgər Rəsulzadə
Azərbaycanda yaşayan bütün əhalinin hamısının türk olduğunu
|