www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
439
durmağa başlayır. Bu zaman ziyalı bir növ özünü də inandırmağa
çalışır ki, xalq, kütlə nə istəyirsə ona onu da vermək, onunla
hesablaşmaq lazımdır.
Bu çox incə məsələdir. Doğrudanmı kütlənin hər bir
istəyi ilə dərhal razılaşmaq, demokratiya əlaməti, yaxud da
insan hüquq və azadlıqlarına hörmət etmək deməkdir? Bizə
elə gəlir ki, kütləyə hər istədiyini deyil, ümummilli mənafeyə
zərərli olmayan, millətin bu gününə və gələcəyinə xeyirli
olanlarla razılaşmaq lazımdır. Kütlənin zərərli ola biləcək
istəklərinə qarşı dayanmaq üçün, ilk növbədə ziyalının
itirilmiş nüfuzunu bərpa etmək lazımdır. Çünki milli şüurun
formalaşmasında başlıca rol ziyalılara məxsusdur.
Fikrimizcə, ziyalılar bir növ hakimiyyətlə xalq
arasında mühüm bir bağdır. Ziyalı kütlənin zərərli olmayan
istəklərini hakimiyyətə çatdıraraq qəbul etdirməklə yanaşı, zərərli
olanları da kənarlaşdıra bilər.
Bunun üçün ziyalının kütlə üzərində nüfuzu olmalıdır.
Əgər artıq belə bir nüfuz yoxdursa, kütlə ziyalısız öz istəklərini
(zərərli, yaxud zərərsiz) hakimiyyətə qəbul etdirməyə çalışacaqdır.
Bu zaman müəyyən problemlərin yaranması qaçılmazdır.
Bu baxımdan hakimiyyət çalışmalıdır ki, cəmiyyət
daxilində ziyalının müəyyən nüfuzu olsun. Burada söhbət, süni
nüfuzdan deyil, təbii nüfuzdan gedir. Yəni hakimiyyətin ziyalıya
münasibətindən çox şey asılıdır. Əgər hakimiyyət ziyalıya layiq
olduğu dəyəri verərsə, kütlə də də bunu görəcək və nəticə
çıxaracaqdır.
Fikrimizcə, ümumilikdə üç cür ziyalıdan: 1) milli; 2) dini;
3) bəşəri, bəhs etmək mümkündür. Əlbəttə, bu nisbi bir bölgüdür.
Bu mənada, «milli ziyalı», «dini ziyalı» və «bəşəri ziyalı»
anlayışları münasib görünməyə bilər. Yəni deyilə bilər ki, ziyalı
|