MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə465/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   461   462   463   464   465   466   467   468   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

438 



438 

yazsaydı,  yalnız  Türk  mədəniyyətindən  bəhs  etsəydi  onda 

cəfərovların  buna  münasibəti  müsbətmi  olacaqdı?  Fikrimizcə, 

yox.  Rəsulzadə  belə  bir  iddia  ilə  çıxış  etmiş  olsaydı,  o  vaxtda, 

indinin özündə də onu millətçilkdə suçlaycaqdılar. 

Ziyalı  və  milli  şüur.  Bu  gün  milli  şüurun 

formalaşmasında  yeni  nəsil  ziyalılarının,  yeni  nəsil  alimlərin 

çiyninə  daha  ağır  yük  düşür.  Ziyalı  kimliyi  milli  şüurun 

formalaşmasında  vacib  faktordur.  Yəni    ziyalının  özünü  hansı 

kimlikdə  –  milli,  dini  və  bəynəlmiləlçi  –  görməsi  milli  şüurun 

hansı  şəkildə  formalaşmasına  ciddi  təsir  göstərə  bilər.  Bu  üç 

anlayışın  üçünü  də  hər  bir  kəs  öz  başa  düşdüyü  kimi  yanaşa  və 

əsaslandıra bilər.  

Bütün  hallarda,  hansı  kimliyi  çox  ifadə  etməsindən  asılı 

olmayaraq ziyalı hər bir toplumda mühüm yerə malikdir.  Çünki 

ziyal  demək,  mövqe  demək,  nüfuz  demək  və  millətin  siması 

deməkdir.  Bu  mənada,  hər  bir  cəmiyyətdə  ziyalının  nüfuzunun 

hansı səviyyədə olması, həm də onun milli şüurunu göstəricisdir. 

Əgər  cəmiyyət  arasında  ziyalı  yüksək  nüfuza  malikdirsə,  milli 

şüurun formalaşması prosesində aparıcı yer tutacaqdır. Ancaq hər 

hansı  toplumda  ziyalının  nüfuzu  istənilən  səviyyədə  deyilsə,  o 

zaman milli şüurun formalaşması prosesi həm ləng gedəcək, həm 

də ciddi problemlərə yol açacaq.  

Azərbaycan toplumunda ziyalının nüfuzuna başlıca zərbə 

kütlə üzərində təsirinin çox aşağı olmasıdır. Hər hansı cəmiyyətdə 

kütlə  artıq  ziyalıya  inanmırsa,  yaxud  da  bu  inam  aşağı 

səviyyədədirsə, o toplumda ziyalı məğlub durumdadır. Bunun əksi 

o deməkdir ki, əgər kütlə ziyalıya inamır, etimad göstərmirsə, bu 

zaman  özünün  haqlı  olduğu  qənaətinə  gələr.  Bu  isə  ona  gətirib 

çıxarır ki, ziyalı kütləyə deyil, əksinə kütlə ziyalıya təsir göstərir, 

öz nüfuzu altına salır. Başqa sözlə, ziyalı kütlənin dediyi ilə oturub 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   461   462   463   464   465   466   467   468   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin