www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
550
550
da vahid millətin üzvləri vəhdətlikdən parəkəndəliyə üz tutarlar.
Xüsusilə də, Azərbaycan Respublikasının yaranmasında mühüm
rol oynayan və onun nüvəsini təşkil edən Azərbaycan türklərinin
azərbaycanlı siyasi kimliyi ilə yanaşı, türk kimliyini və türk dilini
qəbul etmələrini də təbii qəbul etmək lazımdır. Çünki hər hansı
millətin varlığı o zaman əbədiyyən mümkün olar ki,
L.N.Qumilyovun təbrincə desək, millətin və yaxud etnik birliyin
hər hansı fəal qurucusu özünü əcdadlarının tutduğu xəttin
davamçısı kimi görür və ona-milli ideyaya nə isə əlavə etmək
istəyir. Bir növ üzərində keçmişlə varisliyin itməməsi və gələcək
nəsilə ötürülməsi üçün, hansısa milli bir missiyanın olmasına
inanır [263, 93].
Azərbaycan türkləri ilk növbədə, onun aydınları belə bir
missiyanın məsuliyyətini dərk edirlər. Məhz bu milli missiyanı
dərk etməyin nəticəsi kimi də, onlar dövlətçilik, vətənçilik,
xalqçılıq mənalarında milli ruhlu azərbaycançılıq ideyasının
vacibliyini irəli sürməklə yanaşı, Azərbaycan türklərinin etnik
kimliyini və milli dilini də qoruyub yaşatmağa çalışırlar. Çünki
bunlar olmadan Azərbaycan milli ideyasından – azərbaycançılıq-
dan bəhs etmək mümkün deyildir. Ən azı ona görə ki, milli ruhlu
azərbaycançılıq ilk növbədə, Azərbaycan türklərinin müstəqil
etnik kimliyi və milli dili uğrunda mübarizə nəticəsində yaranmış,
bunun nəticəsi olaraq 1918-ci ildə Azərbaycan Cümhuriyyəti
qurulmuşdur. Azərbaycan Cümhuriyyəti isə, digər etnik azlıqların
rolunu azaltmadan, ancaq Azərbaycan türklərinin də aparıcı
rolunu inkar etmədən keçmişdən süzülüb gələn milli mənəvi
dəyərlərin çağdaş dövrün tələblərinə uyğunlaşdırılmış milli ideya-
sının nəticəsi idi. Sadəcə, əvvəlki dönəmlərdə də olduğu kimi
(Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Qacarlar və b.),
Azərbaycan türkləri yeni qurduqları dövləti yalnız bir türk dövləti
|