www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
546
546
müstəmləkəçiliyinin yaratdığı Azərbaycan sovet ideyası –
kosmopolit azərbaycançılıq olmuşdur.
Bu gün ən çox təəssüf doğuran odur ki, bəzi hallarda SSRİ
dövründə və ondan əvvəllər yaranmış milli və antimilli ideyaların
mahiyyəti və məzmunu araşdırılmadan, onlar arasındakı fərqlər
göstərilmədən hansısa hökmlər çıxarılır, xüsusilə sovet dövründə
təməli qoyulmuş saxta beynəlmiləlçi və kosmopolit ruhlu
azərbaycançılıq bəzi hallarda milli ruhlu azərbaycançılıqla
eyniləşdirilir. Başqa sözlə, bəzən bilərəkdən və ya bilməyərəkdən
kosmopolit azərbaycançılıq Azərbaycan milli ideyası kimi qələmə
verilir, üstəlik «üçlüy»ə, o cümlədən türkçülüyə qarşı qoyulur. Bu
zaman SSRİ dövrünün məhsulu olan kosmopolit azərbaycan-
çılığın türkçülüyə qarşı qoyulması isə məntiqi cəhətdən əsaslı
görünür. Çünki bu halda sovet dövründə olduğu kimi, Azərbaycan
ədəbiyyatı, Azərbaycan mədəniyyəti, Azərbaycan tarixi və
Azərbaycan dili türk mədəniyyəti, türk dili, türk tarixi və türk
ədəbiyyatından tamamilə fərqli şəkildə qələmə verilir. Halbuki
Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin və tarixinin
nüvəsini məhz türklük təşkil etmişdir və edir də.
Ancaq Azərbaycanda indinin özündə də bəziləri hesab
edirlər ki, türk mədəniyyəti, türk dili, türk ədəbiyyatı və s. yalnız
Türkiyə türklərinə məxsusdur. Bu mənada, artıq Azərbaycan
xalqının öz mədəniyyətini, ədəbiyyatını, dilini, milli kimliyini türk
adlandırması doğru deyildir. Şübhəsiz, bütün bunlar həqiqəti
özündə əks etdirmir. Çünki Azərbaycan Respublikası müstəqil
dövlət olmaqla yanaşı, həmişə türklüyün nüvəsi olmuş və
olmaqda da davam edir. Bunu, son dövrlərdə Azərbaycanın
Türkiyə və Orta Asiyanın türksoylu dövlətləri ilə yaxından
əməkdaşlıq etməsi, bir sıra ortaq təşkilatların (Türkdilli dövlətlərin
|