MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə574/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   570   571   572   573   574   575   576   577   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

544 



544 

(1937-1991) başlamışlar. Artıq bu mərhələdə bolşeviklər bu günə 

qədər də öz aktuallığını itirməyən bir addım atmışlar; Azərbaycan 

türkçülüyünə,  milli  ruhlu  azərbaycançılıq  ideyasına  qarşı  “Sovet 

Azərbaycanı” adı altında beynəlmiləl və kosmopolit azərbaycan-

çılıq  ideyasının    irəli  sürmüşlər.  Başqa  sözlə,  sovet  ideoloqları 

dünənə qədər milli azərbaycançılıq ideyasının əsasını təşkil edən 

türk dili, türk tarixi, türk ədəbiyyatı və s. anlayışlara rəsmi qadağa 

qoymuş,  onların  əvəzinə  «Azərbaycan  dili»,  «Azərbaycan 

ədəbiyyatı», «Azərbaycan tarixi» və sair bu kimi məfhumları irəli 

sürmüşlər.  Eyni  zamanda,  sovet  ideoloqları  beynəlmiləl  və 

kosmopolit azərbaycançılığı əsaslandırmaq üçün tarix, ədəbiyyat, 

dil və s. sahələrdə Azərbaycan türklərinin milli mənəvi dəyərlərini 

də saxtalaşdırmağa başlamışlar.  

Milli ruhlu azərbaycançılığa qarşı kosmopolit azərbaycan-

çılıq ideyasını irəli sürməkdə sovet rəhbərlərinin və ideoloqlarını 

əsas  məqsədi  ilk  növbədə,  Azərbaycanı  türksüzləşdirmək,  bu 

mənada milli mənlik şüurunu zədələmək idi. Çünki həmin dövrdə 

SSRİ  ideoloqlarını  narahat  edən  əsas  məsələ  eyni  soykökü,  dili, 

dini,  mədəniyyəti,  ədəbiyyatı  paylaşan  Türkiyə  və  Azərbaycan 

türklərinin ortaq dil, ortaq ədəbiyyat, ortaq əlifba və b. məsələlərdə 

daha da yaxınlaşması ilə Azərbaycanın Sovet Rusiyasının əlindən 

çıxması  idi.  Ona  görə  də,  sovet  ideoloqları  Azərbaycanda  türk 

milləti, türk dili, türk ədəbiyyatı, türk tarixinə qarşı, beynəlmiləl və 

kosmopolit  azərbaycançılığın  əsas  prinsiplərini  təşkil  edən 

«Azərbaycan  dili»ni,  naməlum  «Azərbaycan  milləti»ni, 

Azərbaycan  tarixini,  Azərbaycan  mədəniyyətini  qoydular.  SSRİ 

rəhbərləri  və  ideoloqları  sübut  etməyə  çalışırdılar  ki, 

Azərbaycanda yaşayan və əhalinin böyük əksəriyyətini təşkil edən 

xalq etnik mənşəcə türk deyil, türklərin assmilyasiyası nəticəsində 

türk  dillərindən  birində  danışan  farsdili,  yaxud  da  qafqazdilli 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   570   571   572   573   574   575   576   577   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin